Rüşvət alan sabiq məmura AĞIR CƏZA FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin Xalq Siyasi Məşvərət Şurasının Şansi əyalət komitəsinin keçmiş sədri Han Yon məhkəmənin hökmü ilə 2 illik möhlətlə edam cəzasına məhkum edilib.
Avtosfer.az xəbər verir ki, Nannin şəhər məhkəməsi sabiq məmurun Cilin və Şansi əyalətlərində, Sincan Uyğur Muxtar Rayonunda müxtəlif vəzifələrdə çalışarkən 261 milyon yuan (təxminən 36,3 milyon ABŞ dolları) rüşvət aldığını sübuta yetirib.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi maraq müqabilində müxtəlif şəxslərə və şirkətlərə biznes fəaliyyəti üçün əlverişli şərait yaradıb, habelə məmurların daha yüksək vəzifələrə təyin olunmasına dəstək verib. Məhkəmə onun bütün siyasi hüquqlardan məhrum edilməsinə, əmlakının müsadirə olunmasına və qanunsuz yolla əldə etdiyi bütün vəsaitin dövlət büdcəsinə geri qaytarılmasına qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 May 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















