Rüşvət alan direktor və həkimə ŞƏRTİ CƏZA VERİLDİ
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Rüşvət almaqda təqsirləndirilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Bakupost.az "Report"a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib. Hər biri barəsində 1 il sınaq müddəti seçilib və şərti cəza verilib.
Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib. İttihama görə, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva vətəndaşlardan rüşvət alaraq onlara əlillik dərəcələri veriblər.
Baxış sayı:77
Bu xəbər 13 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















