Icma.az
close
up
RU
Rutte Azərbaycanın adını Gürcüstana niyə xatırlatdı? Konfliktoloq

Rutte Azərbaycanın adını Gürcüstana niyə xatırlatdı? Konfliktoloq

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mark Ruttenin Tiflislə bağlı narahatlığının arxasında Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyanın neoimperalist ambissiyalarından uzaqlaşdırmaq cəhdi dayanır və ona görə də Azərbaycanla Ermənistanın atdığı addımları Gürcüstana da xatırladırlar".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev NATO Baş katibi Mark Ruttenin Alyansın Gürcüstanda baş verənlərdən narahat olduğu barədə bəyanatını şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Vaşinqton və NATO Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə özünün maraqlarını təmin etmək istəyir:

"ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti artıq bəllidir. Vaşinqton istəyir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyanın neoimperalist ambissiyalarından uzaqlaşdırsın. Vaşinqton sözügedən regionlar vasitəsilə özünün geoiqtisadi və geosiyasi maraqlarını realizə etmək istəyir".

Bu fonda ekspert bildirir ki, Gürcüstanla bağlı məsələ isə bir qədər mübahisəlidir: 

"Qərb Tiflislə diktə dililə danışır ki, bu da Gürcüstanın milli hissiyatına toxunur. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, onlarla diktə dililə danışılmasın. Tiflis xarici agentlər haqqında qanunu qəbul etməklə Qərbin ölkənin daxili işlərinə qarışmasını məhdudlaşdırmaq istəyir. Bu isə ABŞ-la Avropanın işinə yaramır. Nəticədə onlar Gürcüstanı idarə etmək imkanından məhkum olurlar".


Konfliktoloq düşünür ki, Tiflis hazırda sanki Qərblə Rusiya arasında qalıb: 

"Qərb hesab edir ki, Gürcüstan "dərin dövləti” Rusiya ilə bağlıdır. Digər tərəfdən də görürük ki, Gürcüstan həm də Qərbə inteqrasiya yolundan imtina etmir. Ən azından bəyanatlarda Qərbə inteqrasiya məsələsi qabardılır. ABŞ prezidenti Donald Tramp son zamanlar bir neçə münaqişəni dayandırdığı ilə öyünür. Hətta Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllini də öz aktivinə yazmaq istəyir. Tiflisi də məhz bu yolla şirnikləndirir ki, Rusiyanın neoimperalist caynağından qurtara bilsin".

Həmsöhbətimizin fikrincə, bu Gürcüstan üçün çətin məsələdir:

"Çünki Tiflis daxili işlərə bu şəkildə müdaxiləni qəbul etmir. Həm də Gürcüstanın Rusiya ilə iqtisadi əlaqələri və merkantil maraqları var. Hərçənd Rusiya etibarlı tərəfdaş deyil. Kreml Abxaziya və Cənubi Osetiyanı konfederativ əsaslarla Gürcüstana qaytaracağına söz vermişdi. Amma xeyli zaman keçməsinə baxmayaraq, Kreml vədinə əməl etməyib".

Üzeyir Şəfiyev hesab edir ki, Tiflis mövqeyindəki turbulentliyə son verməli, suverenliyini qorumaq şərtilə ehtiyatla Moskvadan uzaqlaşaraq, Qərbə doğru addım atmalıdır:

"Ancaq bunun üçün də Gürcüstanda daxili siyasi harmoniyaya ehtiyac var".

Ruttenin Tiflisə xəbərdarlıq fonunda Azərbaycan və Ermənistan arasındakı münasibətləri xatırlatması ekspertə görə, heç də təsadüfi deyil:

"Bir tərəfdən bu, Trampın Azərbaycanla Ermənistan daxil bir neçə münaqişəni tənzimləməsi kimi uğur hekayələrini Tiflisə xatırlatmaq idisə, digər tərəfdən, Gürcüstana da Qərbə inteqrasiya üçün işarədir. Bir tərəfdən, Azərbaycan və Ermənistanı nümunə göstərməklə onlar arasında konfliktin həll edildiyinə dair kampaniya aparır, digər tərəfdən də mesaj verirlər ki, nəhayət, Rusiyaya "yox” deməyin vaxtıdır. Bununla Rutte demək istəyir ki, Qərb təkcə bütün Cənubi Qafqazı Moskvanın təsirindən kənarda saxlamaqda israrlıdır. Yəni Gürcüstan Rusiya ilə münasibətlərinə aydınlıq gətirməlidir. Görünən odur ki, Qərb Tiflisə qoğal və kökə siyasətilə təsir göstərmək istəyir".

Qeyd edək ki, NATO-nun Baş katibi Mark Rutte mətbuata açıqlamasında Alyansın Gürcüstanda baş verənlərdən narahat olduğunu dilə gətirib. O, Gürcüstandakı vəziyyət barədə söhbət getdikdə sadəlövh olmadığını qeyd edib:

"Biz çox narahatıq və bu barədə gürcülərə aydın bildirmişik. Onlarla əməkdaşlıq edirik və fikrimcə, bu əməkdaşlıq narahatlığımızı ifadə edə biləcəyimiz kanalı təmin etməyə xidmət edir. Gəlin, məsələyə bütövlükdə baxaq, çünki Gürcüstanla yanaşı biz Ermənistan və Azərbaycan arasında baş verənləri də görürük. Burada vəziyyət o cümlədən prezident Trampın gördüyü işlər sayəsində daha yaxşıdır. Buna görə də mən Gürcüstanı bütün Cənubi Qafqaz kontekstində nəzərdən keçirərdim".

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri