Icma.az
close
up
RU
Boeing təyyarələrinin adlarındakı 7 rəqəminin sirri

Boeing təyyarələrinin adlarındakı 7 rəqəminin sirri

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"707"dan "787 Dreamliner"ə qədər bütün sərnişin təyyarələrinin adlarında "7” rəqəminin olması artıq "Boeing" şirkətinin imicinin ayrılmaz hissəsinə çevrilib. Bu ənənənin əsası isə 1950-ci illərdə qoyulub.

Qaynarinfo xəbər verir ki, II Dünya müharibəsindən sonra şirkət aviasiya texnologiyalarını təsnif etmək üçün fərqli nömrələmə sistemi tətbiq edib:

* pərvanəli təyyarələr – 300 və 400 seriyası,

* turbopərvanəli təyyarələr – 500 seriyası,

* raket və sursatlar – 600 seriyası,

* reaktiv sərnişin təyyarələri – 700 seriyası.

Şirkət ilk reaktiv sərnişin prototipi olan "Boeing 367-80" modelini bazara təqdim etməyə hazırlaşarkən, ona "700” adı verilməsi planlaşdırıb. Lakin marketinq mütəxəssisləri "707” adının daha asan yadda qaldığını düşünərək dəyişiklik ediblər. Bu model uğur qazandı və sonrakı bütün sərnişin təyyarələri üçün "7X7” formulunu formalaşdırıb.

Beləliklə, 727, 737, 747 kimi məşhur modellər ard-arda gəlib və hər biri "7” rəqəmi ilə başlamağa və bitməyə davam edib.

1956–2016-cı illərdə "Boeing" təyyarələrinə əlavə olaraq müştəri kodları da əlavə olunub. Məsələn, "Qantas" şirkətinə məxsus "Boeing 747-438"dəki "38” kodu bu aviaşirkət üçün spesifik olub.

Bundan başqa, "ER” (Extended Range – artırılmış məsafə), "LR” (Long Range – uzun məsafə), "F” (yük təyyarəsi) kimi işarələr də modellərin fərqli versiyalarını göstərirdi. Məsələn, 737-800BCF – "Boeing Converted Freighter” – sərnişin təyyarəsindən yük təyyarəsinə çevrilmiş model deməkdir.

2016-cı ildən etibarən isə şirkət müştəri kodlarını ləğv edərək sadələşdirilmiş işarələməyə keçib (məsələn, 787-8, 787-9, 787-10).

797-dən sonra nə olacaq?

Artıq 707-dən 787-yə qədər bütün "7X7” seriyası işlədilib, yalnız "797” açıq qalıb. Bundan sonra "Boeing" ya yeni rəqəm seriyasına keçməli, ya da ənənəvi sistemi yeni formada inkişaf etdirməlidir.

Şirkət tarixində bunun nümunəsi də var - vaxtilə supersonik "Boeing 2707” layihəsi hazırlanmışdı.

Hər halda, "7” rəqəmi artıq "Boeing"in brend kimliyinin bir parçasıdır və bu ənənədən imtina edilməsi ehtimalı azdır. Sərnişinlər üçün isə "737”, "787” və ya gələcəkdə təqdim ediləcək "797” – hamısı bir mənanı ifadə edir: uçuş "Boeing" təyyarəsi ilə həyata keçirilir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri