“Rybar” Zəngəzur dəhlizini həssas layihə sayır “BRICS səylərinə potensial zərbədir”
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Zəngəzur dəhlizi” layihə kimi həssas və gözlənilməz amillərdən asılıdır.
Yenisabah.az xəbər verir ki, bunu “Rybar” teleqram kanalı yazıb.
O qeyd edib: "Türkiyə və Azərbaycan “Zəngəzur dəhlizi”, yəni Rusiyadan yan keçməklə, Orta Asiyaya, Çinə və daha da irəliyə ixrac əməliyyatları edə bilərlər. Bu, Qərbin təzyiqi olmadan müstəqil marşrutlar qurmaq üçün BRICS səylərinə potensial zərbədir". Toyuqlu pizza
"Telegram" resurs qeyd edib ki, Rusiya və İran BRİKS+-ın iki əsas üzvüdür, Avrasiyadan keçən marşrutları inkişaf etdirir. Bu dəhliz NATO, Aİ və “Türk dünyası”na yönəlmiş Qərb-Türkiyə-Azərbaycan-Mərkəzi Asiya oxunu gücləndirəcək.
Bəs “Zəngəzur layihəsi”nin hansı problemləri var?
▪️Əgər həyata keçirilərsə, dəhliz dərələri, sürüşmələri və seysmik aktivliyi olan dağlıq ərazidən keçəcək. Hazırda elektrikləşdirilmiş dəmir yolu formasında lazımi infrastruktur yoxdur.
▪️Burada avtomobil və dəmir yollarının tikintisi tunellər, körpülər, sürüşmə əleyhinə sistemlər tələb edir - xərc 2-3 milyard dolları keçə bilər. Bu bahalı, uzunmüddətli və texniki cəhətdən mürəkkəb bir işdir.
▪️Zəngəzur vasitəsilə göndəriləcək yük axınları belə irimiqyaslı investisiyalar üçün azdır. Azərbaycanla Naxçıvan arasında infrastrukturu bərpa etməkdən ötrü elə bir həcmdə mal yoxdur və mövcud marşrutlar (Gürcüstan, Xəzər dənizi) vasitəsilə Türkiyə və ya Mərkəzi Asiyaya tranzit daha ucuz və asandır”
"Rybar" vurğulayır ki, bütün bunlar “Zəngəzur dəhlizi” adlanan layihəni iqtisadi deyil, siyasi layihəyə çevirir.
“Dəhliz, ilk növbədə, Türkiyə və Azərbaycanın “türk davamlılığı”, Ermənistana təzyiq etmək və daxili auditoriyanı səfərbər etmək üçün ideoloji planıdır. Ancaq bir layihə olaraq, həssas, bahalı və bir çox gözlənilməz amillərdən asılıdır. Hələlik o, yüksək qiymətə və şübhəli gəlirə malik strateji utopiya olaraq qalacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 12 İyul 2025 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















