Rza Pəhləvi kimdir? İran şahzadəsinin gizli həyatı və taxt tac iddiaları
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın şah sülaləsinin varisi şahzadə Rza Pəhləvi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "BT News" "Telegram" kanalı yazıb.
"Telegram" kanalında bildirib ki, atasından fərqli olaraq, Rza Pəhləvi hər hansı rəsmi statusa və ya taxt üçün hüquqa malik deyil:
"O, həmçinin vəliəhd şahzadəsi və sürgündə olan hökmdar da deyil. Rza Pəhləvi hətta rəsmi taxtaçıxma mərasimindən də keçməyib.
Həmçinin sızdırılan məlumatlara görə, o, Monako və ABŞ vətəndaşıdır".
"Bundan əlavə, 37-ci maddədə bildirilir ki, hakimiyyət kişi xətti ilə ötürülür və taxtın varisi hüquqi olaraq padşahın İran əsilli anadan olan böyük oğludur.
Soraya Məhəmməd Rza Pəhləvidən oğul dünyaya gətirə bilmədi və bu, onların boşanmasının rəsmi səbəbi oldu. Şahzadənin isə ümumiyyətlə oğlu yoxdur, onun üç qızı var.
Beləliklə, bu, sülalə baxımından da legitim olmayan, qeyri-leqal və nəticəsiz seçimdir", - deyə yazıda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Yanvar 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















