Mənim dövrümdə İran çiçəklənəcək Rza Pəhləvi
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
1979-cu il inqilabında devrilmiş sonuncu İran şahının oğlu "İslam Respublikası süqut edən kimi" keçid dövründə ölkəyə rəhbərlik etməyə hazır olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, ABŞ-də yaşayan Rza Pəhləvi bu barədə sosial mediada yazıb.
O, həm İran daxilində, həm də xaricində "keçid sistemi" yaratmaq üçün komanda qurur.
Pəhləvi bildirib ki, "Keçid sisteminin müxtəlif şöbələrinə rəhbərlik edəcək bacarıqlı insanlar həm ölkə daxilində, həm də xaricində müəyyən edilib və qiymətləndirilib. Mənim rəhbərliyim altında keçid sistemi İslam Respublikası süqut edən kimi ölkəni ələ keçirməyə və ən qısa müddətdə İranın çiçəklənməsi üçün nizam, təhlükəsizlik, azadlıq və şərait yaratmağa hazır olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 14 Mart 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















