Icma.az
close
up
RU
Saakaşvili həbsdən çıxaraq siyasətə dönüş edə bilər, “Gürcü Arzusu” hökuməti... AÇIQLAMA

Saakaşvili həbsdən çıxaraq siyasətə dönüş edə bilər, “Gürcü Arzusu” hökuməti... AÇIQLAMA

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanda etiraz aksiyaları davam edir. Məlumata görə, aksiyada saxlanılanların sayı 224 nəfərə çatıb.

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanda etiraz aksiyaları seçkinin nəticələrinə görə deyil, hökumətin Avropa İttifaqı ilə danışıqları rəsmən dayandırmasına görə başladı. Onun sözlərinə görə, Gürcüstan artıq inqilabın astanasındadır:

“Bu etirazlara Prezident Salome Zurabişvili başçılıq edir. Etirazların kütləvi hal alması Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı ilə danışıqları rəsmən dayandırması və qrantlardan imtina etməsi ilə bağlı qərarından sonra baş verdi. Gürcüstanda etirazlara ABŞ deyil, Avropa İttifaqı dəstək verir. Gürcüstan hökumətinin 20 il oturuşmuş avrointeqrasiya siyasətindən imtina edərək, radikal şəkildə dönüş etməsi əhalinin küçələrə çıxmasına səbəb oldu. Halbuki, seçki günü və ondan sonrakı proseslərdə etirazlar bu qədər kütləvi deyildi. Hökumət buna arxayın olaraq daha da radikal qərarlar qəbul etdi”.

Müsahibimiz qeyd etdi ki, Gürcüstanda etiraz aksiyaları hökuməti istefaya göndərərsə, prezident yeni aralıq hökumət təsis edib seçkilərə gedəcək:

“Eyni zamanda, Mixail Saakaşvilinin həbsdən çıxaraq siyasətə dönüş etməsinə də şərait yarana bilər. Etirazlara sərt güc tətbiq edilsə, prosesin daha ciddi xarakter alması mümkündür. Fikrimcə, “Gürcü Arzusu” hökuməti səhv hesablamalar aparaq tez qərarlar verdi”.

Günay Rəsulqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see159

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see151

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see149

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri