Saakaşvili İran səfirinin qovulmasını tələb etdi
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili İran səfirinin Gürcüstanın ərazi bütövlüyünü hədəf alan xəritə paylaşımına kəskin reaksiya verib.
“Yeni Sabah” xəbər verir ki, keçmiş dövlət başçısı öz hakimiyyəti dövründə belə bir addıma əsla yol verilməyəcəyini bəyan edib.
Saakaşvilinin sözlərinə görə, diplomata məxsus paylaşımda təqdim olunan xəritədə yalnız Qərbi Gürcüstanın əks olunması Abxaziya məsələsindən daha çox Şərqi Gürcüstanın tarixən Fars imperiyasına mənsubluğu ideyasını irəli sürmək məqsədi daşıyır. Sabiq prezident fereydanlı gürcülərdən şantaj vasitəsi kimi istifadə edilməsini görünməmiş hal adlandırıb. O xatırladıb ki, XVII əsrdə məhz Səfəvilər imperiyası tərəfindən Şərqi Gürcüstandan İsfahana zorla köçürülən həmin gürcülərin nəslindən olan insanlardan bu formada istifadə olunması qəbulolunmazdır. pizza
Keçmiş prezident vurğulayıb ki, onun hakimiyyəti dövründə heç bir xarici diplomat Gürcüstanın suverenliyini hədəf almağa cürət edə bilməzdi. Saakaşvili əlavə edib ki, oxşar addım atıldığı təqdirdə, həmin səfir dərhal ölkədən qovulardı.
Xatırladaq ki, İranın Gürcüstandakı səfiri Mahmud Ədibin özünün "X" (keçmiş Twitter) hesabında paylaşdığı xəritə qalmaqala və Tbilisinin kəskin reaksiyasına səbəb olub.
Həmin paylaşımda Səfəvilər imperiyası dövrünə aid tarixi xəritə əks olunmuşdu. Xəritədə Şərqi Gürcüstan (Kaxetiya və Kartli çarlıqları) Fars imperiyasının tərkibində, Qərbi Gürcüstan isə ayrı göstərilmişdi. Bu paylaşım Gürcüstan ictimaiyyətində, siyasi dairələrində və sosial şəbəkələrdə ölkənin ərazi bütövlüyünə və suverenliyinə təhdid, tarixi iddia və təxribat kimi qiymətləndirilərək böyük etiraza səbəb olmuşdu.
Baxış sayı:86
Bu xəbər 17 Sentyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















