Saat 4 dən sonra işləmirik 176 nömrəli marşrutla bağlı QALMAQAL
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Binəqədi, Xırdalan dairəsi və "Sədərək" Ticarət Mərkəzi... Paytaxtın ən işlək marşrutlarından biri olan 176 nömrəli avtobus xəttində sərnişinlər növbəti dəfə sürücü özbaşınalığı ilə üz-üzə qalıblar.
Redaksiyamıza daxil olan şikayətə görə, Binəqədi rayonundan keçərək Xırdalan dairəsinə, oradan isə birbaşa "Sədərək" TM-ə hərəkət etməli olan 176 nömrəli marşrut avtobusunun sürücüləri öz bildikləri qrafiki tətbiq edirlər. Belə ki, sözügedən avtobus saat 16:00-dan sonra sərnişinləri mənzil başına çatdırmaqdan imtina edir. Avtobus Xırdalan dairəsinə çatan kimi sürücülər oranın son dayanacaq olduğunu iddia edərək bütün sərnişinləri məcburi şəkildə nəqliyyat vasitəsindən düşürürlər. Vətəndaşlar qrafiki soruşduqda isə sürücülər tərəfindən "Biz saat 4-dən sonra ancaq bura qədər işləyirik" kimi qeyri-qanuni cavab alırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların narazılığına səbəb olan fakt artıq nəzarətə götürülüb:
"Sözügedən marşrutun daşıyıcısına nizamlı fəaliyyətin təmin edilməsi, tərtib olunmuş hərəkət sxemi və qrafikinə ciddi riayət edilməsi ilə bağlı qəti xəbərdarlıq olunub. Qeyd edilən məsələ ilə bağlı geniş araşdırma aparılacaq və müəyyən olunmuş xəttən yayınan, sərnişinlərin hüquqlarını pozan sürücülər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək".
Töhfə Səməd
Baxış sayı:175
Bu xəbər 09 İyun 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















