Icma.az
close
up
RU
Korrupsiya yuvası nı silkələyən 4 QALMAQAL

Korrupsiya yuvası nı silkələyən 4 QALMAQAL

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşü zamanı səsləndirib. Dövlət başçısı Avropa Parlamentində korrupsiya iddialarına toxunaraq qurumun keçmiş vitse-prezidentlərindən birinin evindən böyük məbləğdə nağd pul aşkarlanmasını da xatırladıb:

“Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər”.

Prezident İlham Əliyev çıxışında Avropa Parlamentini yalnız korrupsiya iddiaları ilə deyil, həm də Azərbaycan-Ermənistan münaqişəsi dövründə tutduğu mövqeyə görə tənqid edib. O bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə beynəlxalq müşahidəçilərin buraxılmadığı dövrdə bir sıra beynəlxalq qurumlar, o cümlədən Avropa Parlamenti buna münasibətdə səssiz qalıb və Ermənistanı dəstəkləyib.

Bu fikirlərin səsləndirildiyi dövrdən sonra isə Avropa Parlamentində korrupsiya, gizli ödənişlər, lobbiçilik və xarici təsirlə bağlı yeni qalmaqallar üzə çıxıb. Brüsseldə aparılan araşdırmalarda deputatların və parlament əməkdaşlarının adları hallanıb, əməliyyatlar zamanı külli miqdarda nağd pul aşkarlanıb, bəzi işlər məhkəmələrə qədər gedib.

“Qatargate”dən gizli kamera ilə ortaya çıxarılan “cash-for-influence” qalmaqalına, Avropa Parlamentinin vəsaitlərindən siyasi partiya fəaliyyəti üçün istifadə edilməsi ilə bağlı məhkəmə işindən Rusiyanın mümkün təsir şəbəkələri barədə araşdırmalara qədər bir sıra hadisələr qurumun şəffaflığı və siyasi qərarlara xarici təsir məsələsini yenidən gündəmə gətirib.

Modern.az Prezident İlham Əliyevin illər əvvəl diqqət çəkdiyi bu məsələnin izində Avropa Parlamentini silkələyən 4 böyük qalmaqalı araşdırıb.

“Qatargate” – Brüsseldəki nağd pul qalmaqalı

Avropa Parlamentinin tarixində ən böyük korrupsiya araşdırmalarından biri 2022-ci ilin dekabrında Belçikada keçirilən əməliyyatlarla gündəmə gəldi. Belçika hüquq-mühafizə orqanlarının araşdırması çərçivəsində Avropa Parlamentinin hazırkı və keçmiş üzvləri, parlament əməkdaşları və digər şəxslərin Qətər və Mərakeş kimi ölkələrin maraqlarına uyğun siyasi təsir göstərmək müqabilində ödənişlər almaqda şübhəli bilindiyi açıqlanmışdı.

Əməliyyatlar zamanı 600 min avrodan çox nağd pul, kompüterlər və mobil telefonlar müsadirə edilmişdi. Araşdırmanın ən diqqətçəkən fiqurlarından biri həmin vaxt Avropa Parlamentinin vitse-prezidenti olan Eva Kaili idi. Parlament 2022-ci ilin dekabrında onun vitse-prezident vəzifəsinə xitam verib. İş üzrə keçmiş deputat Pier Antonio Panzerinin evində də 500 min avrodan çox nağd pulun aşkar edildiyi Avropa Parlamentinin sənədlərində qeyd olunur. Qalmaqaldan sonra Avropa Parlamenti şəffaflıq və etik qaydaların sərtləşdirilməsi istiqamətində bir sıra addımlar atdı.

"Cash-for-Influence” – deputatlara gizli kamera ilə qurulan tələ

2011-ci ildə Britaniyanın “The Sunday Times” qəzetinin jurnalist araşdırması Avropa Parlamentində lobbiçilik və deputatların qanunvericilik fəaliyyətinə təsir məsələsini gündəmə gətirdi. Jurnalistlər özlərini lobbiçi kimi təqdim edərək deputatlara pul müqabilində qanunvericiliyə dəyişiklik təklifləri hazırlamaq və dəstəkləmək təklifləri vermişdilər. Araşdırmanın nəticəsində Avstriyadan Ernst Strasser, Sloveniyadan Zoran Thaler və Rumıniyadan Adrian Severinlə bağlı qalmaqal yaranmışdı. Avropa Parlamenti sonuncunun toxunulmazlığını 2011-ci ildə ləğv etmişdi.

Parlamentin məlumatına görə, Severin saxta lobbiçilik şirkətindən qanunvericilikdə müəyyən dəyişiklikləri dəstəkləmək müqabilində 100 min avro almaq təklifini qəbul etməkdə ittiham olunurdu. Hadisə Avropa Parlamentində lobbiçilik fəaliyyətinin şəffaflığı ilə bağlı müzakirələri daha da gücləndirdi.

Deputat köməkçiləri qalmaqalı – Avropa vəsaitləri partiya işlərinə yönəldilib

Avropa Parlamentində illər ərzində ən çox müzakirə olunan məsələlərdən biri deputat köməkçiləri üçün ayrılan vəsaitlərin təyinatından kənar istifadə edilməsi ilə bağlı işlər olub. Bu sahədə ən diqqətçəkən işlərdən biri Fransanın Milli Birlik (RN) partiyası ilə bağlıdır. Fransa məhkəməsi 2025-ci ildə partiyanı və 25 nəfəri Avropa Parlamentinin deputat köməkçiləri üçün nəzərdə tutulan vəsaitlərdən qanunsuz istifadə ilə bağlı təqsirli bilib. Məhkəmənin qənaətinə görə, parlament köməkçiləri üçün ayrılan vəsait hesabına maliyyələşdirilən şəxslər faktiki olaraq partiyanın fəaliyyətində çalışıblar. İşin ən tanınmış fiqurlarından biri Marine Le Pen olub. Paris məhkəməsi ona 4 il həbs cəzası, bunun 2 ilinin şərti olması, 5 illik seçkili vəzifədən məhrumetmə və 100 min avro cərimə təyin edib. İş üzrə hüquqi proses sonradan apellyasiya mərhələsinə keçib. Bu iş Avropa Parlamentinin büdcəsindən ayrılan vəsaitlərin deputatların siyasi partiya fəaliyyəti ilə hansı sərhəddə ayrılmalı olduğu məsələsini yenidən gündəmə gətirib.

“Russiagate” – Avropa Parlamentində Rusiya təsiri iddiaları

2024-cü ildə Avropa Parlamentini sarsıdan digər qalmaqal isə Rusiya ilə əlaqəli mümkün təsir şəbəkəsi barədə araşdırmalar oldu. Çexiya hakimiyyəti Praqada fəaliyyət göstərən “Voice of Europe” platforması ilə bağlı tədbirlər gördü. Çexiya və Belçika təhlükəsizlik xidmətlərinin araşdırmaları əsasında bəzi avroparlamentarilərin Rusiya ilə əlaqəli şəxslərdən ödəniş alaraq Moskvanın maraqlarına uyğun təbliğat aparması ilə bağlı iddialar gündəmə gətirildi. Avropa Parlamenti də məsələ ilə bağlı qətnaməsində “Voice of Europe” üzərindən Rusiya təsir əməliyyatları barədə məlumatları müzakirəyə çıxarıb və bəzi deputatların ödəniş qarşılığında Rusiya yönümlü təbliğatda iştirak etməsi ilə bağlı iddiaları qeyd edib. Beləliklə, “Russiagate” klassik korrupsiya işi ilə yanaşı, Avropa Parlamentinin qarşısında xarici müdaxilə və siyasi təsir məsələsini də ön plana çıxardı.

Bir tərəfdə Avropa Parlamenti özünü şəffaflıq və demokratik institutların qorunmasının tərəfdarı kimi təqdim edir, digər tərəfdə isə son illərin qalmaqalları qurumun öz daxilində lobbiçilik, xarici təsir və maliyyə nəzarəti məsələlərinin hələ də ciddi siyasi problem olaraq qaldığını göstərir.

Brüsselin “şüşə sarayında” əsas sual isə bundan sonra da eyni olaraq qalır: sərtləşdirilən qaydalar siyasi qərarların arxasındakı görünməyən təsirləri nə dərəcədə məhdudlaşdıra biləcək?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri