Icma.az
close
up
RU
“Saat rejimi olmasa, gecə də hərəkət çətin olacaq” Sürücülər avtobus zolağından şikayətçidir

“Saat rejimi olmasa, gecə də hərəkət çətin olacaq” Sürücülər avtobus zolağından şikayətçidir

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı sürücülər arasında narazılıq yaradıb. Əvvəllər dörd zolaqla hərəkət edən avtomobillər indi üç zolaqla yol alır və bu da tıxacları daha da artırıb. Sürücülər bildirirlər ki, həmin yolda daim tıxac olub. Lakin zolaq sayının azaldılmasından sonar vəziyyət daha da xaotik hal alıb.

Redaktor.az bu barədə sürücülərində fikirlərini öyrəndi:

Şəxsi maşını ilə işə gedib-gələn Rasim bəy bildirdi ki, əvvəllər dörd zolaqla rahat hərəkət edirdilər:

"İndi üç zolaq qalıb. Səhər tezdən işə gedəndə və axşam evə qayıdan zaman vəziyyət dözülməz olur. Həmişə tıxac var, amma indi daha da pisdir. Düzünü desəm, avtobus zolağı lazımdır, amma bunun üçün alternativ saat rejimi də olmalıdır ki, gecə vaxtı və qeyri-pik saatlarda digər avtomobillər də hərəkət edə bilsin".

Çörək sexində işləyən Murad bəy isə bildirir ki, hər bir mağazanın çörəklərini vaxtında çatdırmalıdır:

"Avtobus zolağını çəkdiz, heç olmaya saat limiti də qoyun ki, axşam saat 11-12 arası gedib evimizə çıxa bilək".

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, avtobus zolaqları olmalıdır:

"Bizdə hər kəs öz nəqliyyat vasitəsi ilə Bakıdan Sumqayıta və əks istiqamətə getmək istəyir. Siz elə bir adam tanıyırsınızmı ki, avtomobilini evdə saxlayıb desin ki, “yox, mən ictimai nəqliyyatla gedirəm”? Bu düzgün deyil. Əgər istəyiriksə, tıxac və sıxlıq azalsın, öz avtomobilimizi yalnız ən vacib hallarda istifadə etməliyik. Əlbəttə, avtobus zolağı olmalıdır. Görürsünüz, əks istiqamətdə, yəni Xırdalandan Bakıya necə tez çatmaq olur? Bakıdan da həmin istiqamətə belə olmalıdır. Yəni hər yerdə avtobus zolaqları olmalıdır. Bu birmənalıdır. Biz elə şəhər mühitində yaşayırıq və elə etməliyik ki, ictimai nəqliyyatın işini optimallaşdıraq. Başqa cür mümkün deyil. İldə 100 mindən çox nəqliyyat vasitəsi ölkəyə idxal olunur, onların çoxu da Bakıya gəlir. Bu artımın qarşısında başqa addım atmaq mümkün deyil".

Müsahibimiz həmin avtobus zolağının saatsız olması barəsində də bəhs etdi:

"Saat o zolaqlara qoyurlar ki, orada obyektlər olsun: ictimai iaşə obyektləri, mağazalar, marketlər var ki, onlara gün ərzində müəyyən mallar gətirilir. Bir də, məsələn, iki zolaq varsa və onlardan biri avtobus zolağıdırsa, bu, həddindən artıq ciddi problem yaradır. Belə yerlərdə saat rejimi qoyurlar ki, ən azından gecə vaxtlarında və ya günorta vaxtlarında, qeyri-pik saatlarda digər nəqliyyat vasitələri də oradan hərəkət edə bilsin. Bakı-Sumqayıt yolunda zolaqların sayı çoxdur, ona görə də orada saat rejimi tətbiq edilməsinə ehtiyac yoxdur. Düzdür, sürücülər bunu eşidəndə deyirlər ki, niyə həmişə avtobus zolağından yana danışırsınız, amma bizim çıxış yolumuz məhz budur. Hər kəs şəxsi avtomobillə getsə, getdikcə dözülməz vəziyyət yaranacaq".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri