Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb.
Milli.Az xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarında və hərəkət hissəsində buraxırlar. Bu hal piyadaların rahat hərəkətinə mane olmaqla yanaşı, digər mikromobillik vasitələrindən istifadə edənlər üçün də təhlükə yaradır.
Nizamsız park edilən skuterlər sürücülərin də narazılığına səbəb olur. Onların sözlərinə görə, bəzən skuterlər yolun hərəkət hissəsində və ya keçidlərdə saxlanılır ki, bu da əlavə maneələr yaradır.
Sürücülər hesab edirlər ki, skuter istifadəçiləri onlar üçün ayrılmış xüsusi zolaqlardan və parklanma məntəqələrindən istifadə etməlidirlər. Bu, həm yol hərəkətinin təhlükəsizliyinə, həm də şəhər infrastrukturundan daha düzgün istifadəyə imkan verər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 İyul 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















