Icma.az
close
up
RU
Saatda 30 mindən çox sürət: Ən yüksək külək sürətinə malik planet kəşf edildi

Saatda 30 mindən çox sürət: Ən yüksək külək sürətinə malik planet kəşf edildi

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Günəş sistemindən kənarda çox güclü küləkləri olan qeyri-adi bir dünya mövcuddur. Söhbət Yer kürəsindən 500 işıq ilindən çox məsafədə yerləşən WASP-127b qaz nəhəngindən gedir. Bu nəhəng Yupiterdən daha böyükdür, lakin kütləsi az olduğuna görə "yumşaq" görünüşə malikdir.

Qaynarinfo xəbər verir ki, bu barədə Interesting Engineering yazır.

Alimlər bu planetdə ekvator boyunca yayılan "səsdən sürətli küləklər" barədə inanılmaz bir kəşf ediblər. Belə küləklərin sürəti saatda 33 min kilometrə çatır ki, bu da planetin öz oxu ətrafında fırlanma sürətindən altı dəfə yüksəkdir.

"Bu, əvvəllər görmədiyimiz bir hadisədir. Planetin atmosferinin bir hissəsi yüksək sürətlə bizə yaxınlaşır, digər hissəsi isə eyni sürətlə uzaqlaşır. Bu siqnal bizə göstərir ki, planetin ekvatoru boyunca çox sürətli, səsdən sürətli, reaktiv küləklər mövcuddur", - deyə araşdırmanın aparıcı müəllifi, Gettingen Universitetinin alimi Liza Nortmann qeyd edib.  

Bu planetdə küləyin sürəti inanılmaz dərəcədə yüksəkdir, təxminən 9 km/s sürətə çatır. Bu küləklər planetar reaktiv axında indiyə qədər qeydə alınan ən sürətli küləklərdir.

Müqayisə üçün, bizim Günəş sistemimizdə müşahidə olunan ən sürətli küləklər Neptunda qeydə alınıb və onların sürəti saatda 2 min kilometr olub.

"Tədqiqat qrupu bu ekzoplanetin atmosfer maddələrinin hərəkət sürətində gözlənilmədən "ikili pik" aşkarlayıb. Bu, atmosferin bəzi hissələrinin həm Yer üzərindəki müşahidə nöqtəsinə doğru, həm də ondan uzaq sürətlə hərəkət etdiyini göstərir. Onlar bu sürətli hərəkətlərin güclü reaktiv küləklər tərəfindən törədildiyi qənaətinə gəliblər", - deyə məqalədə izah edilib.

Bundan əlavə, planetin hava xəritəsində maraqlı temperatur dəyişiklikləri aşkar edilib. Xüsusən planetin qütbləri digər regionlara nisbətən daha sərin olub. Həmçinin planetin səhər və axşam tərəfləri arasında demək olar ki, nəzərə çarpmayan temperatur fərqi müəyyənləşdirilib.

"Bu, planetin Yerin və Günəş sistemimizdəki digər planetlər kimi mürəkkəb hava şəraitinə malik olduğunu göstərir", - Çin Elm və Texnologiya Universitetinin professoru və araşdırmanın həmmüəllifi Fey Yan bəyan edib.

Daha əvvəl UNIAN yazıb ki, Günəşdə koron massivinin püskürməsi qeydə alınıb. Bildirilir ki, bu günəş alovlanması nəticəsində yaranan püskürmə 24 yanvarın sonunda və 25 yanvarda Yer kürəsinə kənardan təsir göstərəcək.

Həmçinin məlum olub ki, alimlər Marsa raket buraxmaq üçün bir aydan çox müddət tələb edən yanacaq yaradıblar. NASA-nın əvvəlki qiymətləndirmələrinə görə, mövcud kimyəvi raket mühərrikləri ilə kosmik aparatlar Marsa minimum 6-7 aya çata bilər. Buna görə də, daha sürətli hərəkət üçün yeni bir hərəkət üsuluna ehtiyac var.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Yanvar 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri