Icma.az
close
up
RU
Saathesabı əməkhaqqıya keçid: “Çox çətin prosesdir”

Saathesabı əməkhaqqıya keçid: “Çox çətin prosesdir”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Saathesabı əməkhaqqıya keçid layihəsi hazırda hökümətə təqdim edilib və müzakirə çərçivəsindədir".

Bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən deyib.

O bildirib ki, bu istiqamətdə məhələli işlər nəzərdə tutulub.

“Bir çox ölkələrdə həm aylıq minimum əməkaqqı, həm saathesabı maaş sistemi mezanizmi mövcuddur. Azərbaycanda saathesabı əmək müqaviləsinə ilkin mərhələdə natamam əmək müqaviləsi, həmçinin 1 aylıq əmək müaviləsi ilə işləyənlərin keçidi planlaşdırılır”.

Saathesabı əməkhaqqının baza məbləği hansı meyarlarla müəyyən ediləcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, saatlıq iş rejimi o zaman effekt verir ki, işçinin seçim imkanları olur:

“Azərbaycanda minimum əməkhaqqının saatlıq tətbiqi açığı çox çətin görünür. Çünki ölkəmizdə  əmək bazarının strukturu çox fərqlidir. Bizdə muzdla çalışanların yarısı dövlət orqanlarında çalışır və büdcədən maaş alır. Yəni onları saatlıq iş rejiminə keçirmək o qədər də asan olmayacaq. Bu sistemi ölkəmizdə biznes sahəsində də tətbiq etmək çətindir.

İş yerlərinin özündə problem var. Saatlıq iş rejimi o zaman effekt verir ki, işçinin seçim imkanları olur, yəni seçim imkanları daha geniş olur. İşə götürənlər də işçinin üzərində “əsir”. Amma ölkəmizdə elə deyil axı, bizdə iş yerləri ilə bağlı rəqabət həddindən artıq yüksəkdir”.

O qeyd edib ki, özəl şirkətlərdə də saatlıq iş rejiminə keçmək çətin olacaq:

“Bizdə qanunvericiliyin bir çox qanun layihələrində minimum aylıq əməkhaqqı anlayışı var. Əgər bu anlayış ləğv olunacaqsa, gərək onda minlərlə qanunvericiliyə dəyişiklik olsun. Bu da uzun hüquqi prosedurdur. 

Bundan başqa, hesablama qaydaları dəyişməlidir. Məsələn, bizdə aylıq əməkhaqqı 400 manatdırsa, bu saatlıq hesablanacaqmı? 

Saatlıq hesablansa, 5 günlük iş həftəsini götürsək, 2 manatdan biraz çox, 6 günlük iş həftəsi götürsək isə 2 manata yaxın məbləğ alınacaq.

Saatlıq iş rejiminə keçənlər 2 saat vətəndaş bir yerdə işləyirsə, 4 manat alacaqsa, gün ərzində bu böyük məbləğ deyil axı.

Yəni ona görə də çox çətin prosesdir. İdeya olaraq maraqlı, cəlbedicidir. Amma Azərbaycanda tətbiqi uzun zaman tələb edəcək”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Saathesabı Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Yanvar 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri