Icma.az
close
up
RU
Saathesabı maaş: Sahibkarlar bankrot olacaqlar ŞƏRH

Saathesabı maaş: Sahibkarlar bankrot olacaqlar ŞƏRH

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bir sıra proqressiv ölkələrdə saathesabı maaş ödənişi artıq çoxdan tətbiq olunur. Burada maaş ödəyərkən dövlət qanunvericilik şəklində 1 saatlıq ödəniş məbləğini müəyyən edir. Böyük ehtimal ki, Azərbaycanda da belə bir mexanizm hazırlanır".

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda saathesabı əmək haqqına keçid haqqında danışarkən bildirib.

Onun fikrincə, burada elə bir mexanizm olmalıdır ki, işçilərin hüquqları pozulmasın:

"Saathesabı minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı bəzi neqativ halların yaşanmaması üçün qaydalar detallı olmalıdır. Özəl sektorda da, dövlət sektorunda da 1 aylıq minimum əməkhaqqından aşağı maaş vermək qadağandır. Amma saathesabı minimum əməkhaqqı müəyyənləşəcəksə, bu zaman işəgötürənlə işçi arasında sövdələşmələr mümkündür. Ola bilər ki, 2-3 saatlıq işgünü yazılsın. Bu zaman işəgötürənin ödənişləri əslində azala bilər. Bu, qara maaşın, yəni nəzərə alınmayan maaşların yaranmasına da səbəb ola bilər. Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daha az ödəniş etmək üçün işəgötürənlə işçi sövdələşərək, rəsmi maaşla yanaşı, qeyri-rəsmi ödənişləri də aralarında anlaşa bilər. Belə hallar yaşanmasın deyə bunun tətbiqi mexanizmləri detallı şəkildə müəyyənləşdirilməlidir”.

Ekspert hesab edir ki, DSMF ödənişləri (özəl sektorda) işəgötürən və işçi üçün ağır yükdür:

"İndi sövdələşib minimum aylıq əməkhaqqına yaxın müqavilə bağlayırlar ki, hər ikisi DSMF-yə az ödəsin. Çünki, heç biri DSMF-yə inanmırlar. Saathesabı ödənişə keçsələr, hər bir işçi ilə 3-4 saatlıq iş rejimi müqaviləsi bağlasalar, bu zaman leqal ödəniş azalacaq. Bəs DSMF ödənişləri necə hesablanacaq? Biz illərdir deyirdik ki, VÖEN-lə çalışanların DSMF ödənişlərinin minimum maaşa bağlılığı ləğv edilməlidir, çox mənasız bağlantıdır. Yəni, minimum əməkhaqqı artan kimi VÖEN-lə işləyənlərin DSMF-yə ödənişləri də avtomatik olaraq artırdı. Bəs indi saathesabı minimum ödəniş sisteminə keçsələr, fərdi sahibkarların DSMF ödənişi necə hesablanacaq? Saatlıq minimum ödənişi 8 saat, 30 günə vuracaqlar? Bu zaman onsuz da beli bükülmüş kiçik-orta sahibkarlar bankrot olacaqlar. Bəs hansı müxanizmlər düşünülüb? Minimum əməkhaqqı ilə bağlı onlarla qanunda müdəalar var, bəs o qanunlar da dəyişəcəkmi? Elə ay olur ki (məsələn, yanvar, mart), bir həftə və ya daha çox istirahət günləri olur. Bəs o zaman saathesabı ödənişlər necə olacaq, necə hesablanacaq. Ümumiyyətlə, bayram günləri məsələsi necə həllini tapacaq?”.

N.Cəfərli hesab edir ki, ölkədə saatlıq əməkhaqqı sisteminə keçid baş versə belə, bu zaman dövlətin müxtəlif kriteriyaları olmalıdır: "Məsələn, gündəlik iş saatı 4 saatdan , bir saatlıq iş ödənişi müəyyən məbləğdən aşağı olmaz. Bu baryerlərlə əməkçilərin hüquqlarını müəyyən qədər qorumaq mümkündür".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri