Icma.az
close
up
RU
Saatlıda 43 min tona yaxın pambıq tədarük olunub AZƏRTAC

Saatlıda 43 min tona yaxın pambıq tədarük olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Saatlı, 14 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonu ərazisində pambıq tarlaları üzrə yığım başa çatmaq üzrədir. Fermerlər bol məhsul tədarük edərək məntəqələrə təhvil verə biliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkə üzrə pambıq becərilən rayonlar arasında əkin sahələrindən məhsul tədarükünə görə Saatlı ilk sırada yer alıb.

Rayonda sözügedən sahə üzrə uğurlu nəticələr əldə olunub və ötən ilə nisbətən 4 min tondan artıq məhsul yığılıb. Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tural İbrəhimlinin verdiyi məlumata görə, rayon üzrə 2024-ci ildə 12 min 969 hektar sahədə pambıq bitkisi becərilib və əsasən daha məhsuldar və xəstəliklərə dözümlü sayılan “Lodos”, “Lazer”, “May 505”, “May 455”, BA-1010, BA-440 adlı toxumlara üstünlük verilib.

Rayon üzrə ümumilikdə 1632 fermerlə əkin müqaviləsi bağlanılıb. Pambıq yığılması üçün ərazilərə 54 ədəd kombayn cəlb olunub. Bugünə kimi tarlalardan 42 min 970 ton məhsul tədarük olunub. Orta hesabla hər hektara 33,13 sentner məhsuldarlıq əldə edilib. Hazırda pambıq tarlalarında yığım işləri bitmək üzrədir.

Qeyd edək ki, 2023-ci il təsərrüfatı ilində əkilən 12 min 624,15 hektar sahədən 38 min 338 ton məhsul tədarük olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri