Icma.az
close
up
RU
Saatlıda pambıq festivalı

Saatlıda pambıq festivalı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes və Pambıq Festivalı keçirilib. Bu, cari il ərzində ölkənin regionlarında təşkil olunmuş sayca 15-ci məhsul festivalıdır.

Festivalın əsas məqsədi pambıqçılıq sahəsində istehsal zəncirinin bütün mərhələlərində – toxumçuluqdan yığım və emala qədər əməkdaşlığın gücləndirilməsi, fermerlərin müasir texnologiyalarla tanış olması, ixracyönümlü istehsalın təşviqi, regionda aqrar sahibkarlığın inkişafına dəstək verilməsidir. Bununla yanaşı, festival kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və yerli məhsulların tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində, həmçinin mövsümün 14-cü və sonuncu toxum sərgi-satış yarmarkası keçirilib. Yarmarkada bölgənin torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış “Qobustan”, “Əsgəran”, “Mətin”, “Maurizio”, “Qadio” buğda sortları, eləcə də “Qarabağ 22”, “Dəyanətli”, “İosif”, “Günəş” və “Finola” arpa sortları nümayiş etdirilib. Fermerlərə bu sortların məhsuldarlıq, xəstəliklərə davamlılıq və keyfiyyət göstəriciləri barədə ətraflı məlumat verilib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, ölkə üzrə keçirilən məhsul festivalları yalnız satış və sərgi məkanı deyil, eyni zamanda, innovativ ideyaların paylaşılması, yeni biznes modellərinin formalaşması üçün platforma rolunu oynayır. Onun sözlərinə görə, fermerlər və sahibkarlar bu festivallar vasitəsilə tədarükçülərlə, maliyyə qurumları və texnologiya şirkətləri ilə birbaşa təmas qurmaq imkanı əldə edirlər.

Xatırladaq ki, festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, o cümlədən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu da yaxından iştirak edib. İnstitutun stendində pambıqçılıq sahəsində aparılan elmi-tədqiqat işləri, seleksiya istiqamətində əldə olunan nəticələr, yerli və perspektiv pambıq sortları, həmçinin onların becərilmə texnologiyaları barədə ziyarətçilərə ətraflı məlumat təqdim olunub. Bundan əlavə, pambıq bitkisində xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları, bioloji və aqrotexniki tədbirlərin tətbiqi sahəsində əldə olunan yeniliklər də nümayiş etdirilib.

Festivalda müxtəlif kənd təsərrüfatı məhsul və texnologiyaları, həmçinin pambıqçılıqda geniş istifadə olunan kənd təsərrüfatı texnikaları və aqreqatlar geniş şəkildə sərgilənib.

Aqrar Biznes Festivalı çərçivəsində keçirilən “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirədə fermerlərə və sahibkarlara güzəştli kreditlər, subsidiyalar, dövlət proqramları və investisiya dəstəyi imkanları barədə məlumat verilib. Məhsul festivalı zəngin mədəni proqramla yekunlaşıb.

M.QULİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri