Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Saatlı rayonunda fermer təsərrüfatında çalışan çoban külli miqdarda mənimsəmədə ittiham olunaraq həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dədə Qorqud kənd sakini Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən artıq xırdabuynuzlu heyvanı müxtəlif vaxtlarda sataraq əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına xərcləməkdə şübhəli bilinir.
İddialara əsasən, nəticədə sahibkara 700 min manatdan çox maddi ziyan dəyib. Ziyanın məbləği heyvanların sayı, çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla müəyyən edilib.
Fermerin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Nahid Təhməzov barəsində cinayət işi başlanıb və o, həbs edilib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi - xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.
Təqsiri məhkəmədə sübuta yetiriləcəyi təqdirdə, onu 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:96
Bu xəbər 18 İyun 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















