Icma.az
close
up
RU
Saatlıdakı intensiv göycə bağından xaricə 20 ton alça ixrac olunub

Saatlıdakı intensiv göycə bağından xaricə 20 ton alça ixrac olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Saatlı, 26 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunda salınan intensiv göycə alçası bağında məhsul yığımı davam edir. Belə bağın Mil-Muğan bölgəsində salınması bir ilkdir. Bağın məhsulu daxili bazarla yanaşı, xaricə də satılır. Bugünə kimi bağdan 50 tona yaxın məhsul toplanılıb ki, onun da 20 tonu ixrac edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, intensiv alça bağı Saatlının Qaralar kəndi ərazisində yerləşir və 14 hektar sahəni əhatə edir. Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, 2019-cu ildə salınan bağda ilk dörd il yalnız aqrotexniki qulluq işləri görülüb: "Bu bağda 11 min ədəd Naxçıvanın göycə alçası ağacı əklib. Əkin aparılan zaman cərgə və ara məsafələri nəzərə alınıb. İlk 4 ildə budama-becərmə işləri görülüb və ağaclara lazımi aqrotexniki qulluq göstərilib. Ağaclardan ötən ildən kütləvi şəkildə məhsul götürülüb. Bağın əsas hissəsini göycə sortundan olan ağaclar təşkil etsə də, tozlanma üçün digər sort ağaclar da əkilib".

Bağın salınmasında dövlət dəstəyi də mühüm rol oynayıb. Həbib Əhmədovun sözlərinə görə, bağın salınmasında, müasir damcı suvarma sisteminin çəkilməsində edilən güzəştlər, eyni zamanda, dövlət tərəfindən verilən subsidiya təsərrüfatın yaradılmasına önəmli dəstək olub.

İlk məhsul ilində bağdan 40 tona yaxın məhsul toplanılıb. Bu il isə 70-80 ton məhsul yığılması gözlənilir. Məhsul həm daxili bazara, həm də xaricə satılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri