Avtomobili ilə iki yaşlı oğlunun üstündən keçib öldürdü Saatlıdakı qəzanın TƏFƏRRÜATI
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən Elşən Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əskərov 5 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasının 2 ilini şərti hesab edib.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 13-də baş verib. Saatlı rayonunun Orta Muğan kənd sakini Elşən Əskərov həmkəndlisinin həyətində keçirilən toyaxşamı məclisinə getmək istəyib. O bu məqsədlə həyətində özünə məxsus VAZ-2161 markalı avtomobili işə salıb və avtomobili arxaya doğru hərəkət etdirib. Həmin vaxt həyətdə oynayan iki yaşlı oğlu - 2022-ci il təvəllüdlü Sənan Əskərovun başı avtomobilin arxa təkərinin altında qalıb. 2 yaşlı S.Əskərov xəstəxanaya çatdırılsa da, orada ölüb.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 Avqust 2025 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















