Icma.az
close
up
RU
Saatlıq iş rejiminə keçid nə vəd edir? AÇIQLAMA

Saatlıq iş rejiminə keçid nə vəd edir? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Son 10 ildə Azərbaycanın əmək qanunvericiliyində ciddi dəyişikliklər baş versə də, bu dəyişikliklər əsasən işəgötürənlərin xeyrinə olub. Hazırkı vəziyyətdə işçilərin hüquqları faktiki olaraq zəif vəziyyətdədir. Bunun əsas səbəblərindən biri dövlətin müvafiq nəzarət mexanizmlərinin əmək müfəttişliyinin və əlaqədar komissiyaların yerlərdə effektiv monitorinqlər aparmamasıdır".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.
O, bildirib ki, reallıqda nəzarət daha çox kağız üzərində qalır:
"Müraciətlərə cavablar əsasən məktublaşma ilə məhdudlaşır, real araşdırma və yerində yoxlamalar aparılmır. Xüsusilə dövlət müəssisələrində və inzibati sahələrdə çalışan işçilər üçün vəziyyət daha problemlidir. Bir çox hallarda işçilərin səsi eşidilmir, əmək hüquqları formal şəkildə qorunur".
Sosioloq bildirib ki, bayram günləri, istirahət vaxtları və qanunla nəzərdə tutulan əlavə ödənişlər praktiki olaraq təmin edilmir:
"İşçilər bu günlərdə çalışsalar belə, əlavə haqq almır, nəticədə əməkhaqqı faktiki olaraq azalır. Digər tərəfdən, bəzi işəgötürənlər mövcud boşluqlardan istifadə edərək insanları qeydiyyatsız işlədirlər. Bayram günlərində qapı-qapı xidmət göstərən kommunal sahə işçiləri buna nümunədir. Onlar da istirahət günlərində işləsələr belə, əlavə ödəniş və ya kompensasiya almırlar".
Onun sözlərinə görə, bu vəziyyət işəgötürənlərə daha geniş imkanlar yaradır və işçi əməyinin istismarına şərait formalaşdırır:
"Əgər qanunlar real şəkildə işləsə və həm işçini, həm də işəgötürəni eyni dərəcədə qorusaydı, vəziyyət fərqli olardı. Lakin hazırkı şəraitdə bu balans pozulub. Xüsusilə inzibati və xidmət sahələrində çalışanların əksəriyyəti yaşlı nəslin nümayəndələridir. İşdən çıxarıldıqdan sonra onların yenidən iş tapmaq imkanları məhduddur. Bu isə ailələrin maddi vəziyyətinin daha da ağırlaşmasına və sosial problemlərin dərinləşməsinə səbəb olur".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri