Icma.az
close
up
RU
Saatlıq maaşa keçid olacaq? AÇIQLAMA

Saatlıq maaşa keçid olacaq? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar bir çox vakansiya elanlarında iş saatlarının həddindən artıq uzun, lakin maaşların isə olduqca aşağı olduğunu görmək mümkündür. Gündə 11-12 saatlıq iş rejimi, həftədə cəmi bir gün istirahətlə 400-500 manat maaş təklif olunması əmək bazarında ciddi narahatlıq doğurur. Halbuki ölkə qanunvericiliyinə əsasən, həftəlik iş vaxtı 40 saatı keçməməlidir. Bu cür uyğunsuzluqlar işçilərin hüquqlarının pozulmasına, onların əmək bazarında istismar edilməsinə gətirib çıxarır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bizdə əməyin minimum ödənişi aylıq tarif üzrə tətbiq olunur. Hazırda bu məbləğ 400 manat təşkil edir. Saatlıq ödəniş sisteminin tətbiqi isə müzakirə olunur:

“Lakin bu, sözügedən məsələyə təsir etməyəcək. Çünki onsuz da 12-14 saat, hətta 18 saat olan iş saatları rəsmiləşdirilmir. Hətta əmək müqaviləsi varsa belə, orada 8 saat göstərilir, faktiki isə 11-12 saat işlənilir. İşçi qüvvəsi çox, iş yerləri isə azdır. İnsanlar məcbur qalırlar 12 saat işləsinlər, amma minimum maaş alsınlar. Bəzən göstərilən 400 manat yalnız rəsmi hissədir, əlavə ödənişlər isə qeyri-rəsmi ("paket") şəkildə verilir. Bu, xüsusilə kommersiya qurumlarında müşahidə olunur”.

S.Məmmədov qeyd edib ki, iş vaxtından artıq əmək fəaliyyətinə yol verilə bilər, lakin bu, məhdudiyyətlə tənzimlənir:

“Məsələn, zərərli olmayan iş yerlərində həftəlik 4 saatdan artıq işləməyə icazə verilir və bu əlavə saatlara görə ikiqat ödəniş edilməlidir. Sadə dildə desək, əməyin ödəniş sistemindən asılı olaraq, əgər hasilat norması tətbiq olunursa, ikiqat ödəniş edilməlidir. Əgər vaxtamuzd sistemidirsə, tarif maaşının iki misli məbləğində ödəniş olunmalıdır. Amma praktikada görürük ki, bu qaydalar pozulur. Xüsusilə kommersiya qurumları bu qaydaları pozaraq işçiləri artıq işlədib istismar edirlər. Ona görə də saatlıq ödəniş sisteminə keçid bu problemi həll etməyəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri