Haber Global : Türkiyə, Azərbaycan və Özbəkistan rəsmiləri sabah Ankarada bir araya gələcəklər
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabah, yanvarın 29-da Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, üçtərəfli görüş barədə "Haber Global" televiziya kanalında süjet yayımlanıb.
Məlumatda qeyd olunur ki, görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edəcək.
Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daxildirlər.
Süjetdə qeyd olunur ki, görüşün gündəliyinə xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, regional nəqliyyat şəbəkələrinin inkişafı, nəqliyyat və rabitə sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Həmçinin üç ölkənin rəsmi şəxsləri birgə fəaliyyət planının həyata keçirilməsi ilə bağlı Yol Xəritəsini razılaşdıracaqlar.
"Haber Global": Türkiyə, Azərbaycan və Özbəkistan rəsmiləri sabah Ankarada bir araya gələcəklər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















