Icma.az
close
up
RU
SABAH! Artıq gənclərdə də rast gəlinir Demensiya nədir?

SABAH! Artıq gənclərdə də rast gəlinir Demensiya nədir?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Türkiyəli mütəxəssis, Dr. Həsən Armağan Uysal demensiyanın adətən yaşlılıq xəstəliyi kimi tanındığını, lakin son illərdə gənclərdə də daha çox diaqnoz qoyulduğunu bildirib.

Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, İzmir Şəhər Xəstəxanasının nevrologiya şöbəsində mütəxəssislərlə görüş zamanı çıxış edən Dr. Uysalın sözlərinə görə, erkən başlanğıclı demansiya (EBD) 65 yaşdan əvvəl meydana çıxan demansiya növlərini əhatə edir. O, bu xəstəliyin depressiya, narahatlıq və ya iş stressi ilə qarışdırıla bildiyini, buna görə də diaqnozun gecikməsinin həm xəstəyə, həm də ailəsinə ağır təsir edə biləcəyini vurğulayıb.

Dr. Uysalın sözlərinə görə, xüsusilə davranışsal variant Altsaymer, kortikobazal deqenerasiya və Levvi cisimcikli demansiya kimi xəstəliklərin erkən əlamətlərinə diqqət yetirilməlidir.

Genetik faktorlar və yeni risk amilləri

45 yaşdan aşağı xəstələrdə genetik faktorların daha təsirli olduğunu qeyd edən Dr. Uysal 2024-cü ildə aparılan araşdırmalarda yüksək LDL xolesterolu və müalicə olunmamış görmə itkisi kimi yeni risk faktorlarının müəyyən edildiyini bildirib. MRI, beyin-omurilik mayesi analizi və PET görüntüləmə üsulları sayəsində beyin şəbəkələrindəki dəyişikliklərin daha yaxşı izlənildiyini vurğulayıb.

"Demansiya yalnız yaddaş itkisi deyil"

Demansiyanın sadəcə yaddaş problemləri ilə məhdudlaşmadığını bildirən Dr. Uysal davranış dəyişiklikləri, qərarvermə qabiliyyətində zəifləmə, nitq problemləri və vizual alqı pozuntularının da xəstəliyin erkən əlamətləri ola biləcəyini qeyd edib.

"Erkən diaqnozla xəstəliyin gedişini yavaşlatmaq mümkündür", deyə mütəxəssis əlavə edib. 

O, ictimai məlumatlandırma kampaniyalarının keçirilməsinin, multidissiplinar demans mərkəzlərinin artırılmasının və genetik testlərin əlçatanlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Demensiya (lat. dementia - ağılsızlıq) - əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir. O beynin müxtəlif degenerativ və qeyri-deqenerativ xəstəlikləri səbəbindən yarana bilər. Termin latınca demens sözündən gəlir və "intellektin azalması" kimi tərcümə oluna bilər. Demensiyanın simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir; bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir (anadangəlmə əqli geriliyin əksinə).

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri