Tənhalıq demensiya riskini artırır
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransada aparılan genişmiqyaslı araşdırma xroniki tənhalığın yaşlı insanlarda demensiya riskini əhəmiyyətli dərəcədə artırdığını üzə çıxarıb.
Milli.Az xəbər verir ki, Bordo Universitetinin tədqiqatçıları 1988-2018-ci illər ərzində yaşı 65-dən yuxarı olan 3 777 nəfərin sağlamlıq vəziyyətini araşdırıblar.
Belə ki, iştirakçılar tənhalıq hissinin davamlılığına görə üç qrupa - heç vaxt tənhalıq yaşamayanlar, arabir tənhalıq hiss edənlər və xroniki tənhalıq yaşayanlara bölünüblər.
Araşdırmanın nəticələrinə əsasən, xroniki tənhalıq yaşayan iştirakçıların 49 faizində demensiya inkişaf edib. Arabir tənhalıq hiss edənlərdə bu göstərici 34 faiz, heç vaxt tənhalıq yaşamayanlarda isə 33 faiz olub.
Statistik təhlillər xroniki tənhalığın demensiya riskini tənhalıq hiss etməyənlərlə müqayisədə 38 faiz artırdığını göstərib. Arabir yaşanan tənhalığın isə demensiya riski ilə əhəmiyyətli əlaqəsi müəyyən edilməyib.
Bordo İctimai Səhiyyə Mərkəzinin baş elmi tədqiqatçısı Karine Peres bildirib ki, insanların əksəriyyəti həyatlarının müəyyən dövründə tənhalıq hissi yaşayır. Lakin demensiya riskini artıra bilən əsas amil bu hissin xroniki və davamlı xarakter almasıdır.
Tədqiqatçı xroniki tənhalığın uzunmüddətli stress yaratdığını, immun sisteminə mənfi təsir göstərərək orqanizmdə iltihabi prosesləri gücləndirə biləcəyini qeyd edib.
Onun sözlərinə görə, tənhalıq fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə də əlaqəlidir. Bu amillər isə öz növbəsində demensiya riskini artıran ürək-damar xəstəlikləri və diabetin yaranmasına şərait yarada bilər.
Müəllif: Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 24 Noyabr 2026 05:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















