Icma.az
close
up
RU
…”Sabah” belə olmayacaq

…”Sabah” belə olmayacaq

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

26 turun yarısında heç-heçə edən “Sabah” 7 qələbə, 6 məğlubiyyət statistikası ilə bir mənzərəni ortaya qoyur – 2024/25 mövsümü uğursuz gedir.

Sona 10 tur qalıb və “futuristlər” “Turan Tovuz”dan 6 xal geridə – 5-ci pillədə yer alıb.

“Sabah” özündən irəli buraxdığı “Zirə”, “Araz Naxçıvan” və “Turan Tovuz”un hər birindən daha böyük büdcəyə malikdir. Ümumiyyətlə, bu klub APL-də oynamağa başladığı ildən büdcəsi ilə favoritlər sırasında olub, lakin kafi-ortabab imicindən yuxarı qalxa bilməyib.

Ən çox baş məşqçi dəyişən 4 klubumuzdan biridir. Lakin çoxsaylı cəhdlər sabit favorit performans formalaşdırmağa əsas yaratmayıb. Hər halda, klub prezidenti Maqsud Adıgözəlovla müsahibəmdə  də bu məqama toxunulmuşdu və o, etiraf etmişdi – “Sabah” hələ deyil.

“Şamaxı”ya üç oyunun ikisində uduzmaq Berezutski başda olmaqla, hamının təqsiridir. Ortabab heyəti olan və qış fasiləsində daxili ab-havası pozulmuş bir komanda ilə bacarmamaq nəyin acizliyidir? Əcnəbi çalışdırıcısı hər üç oyunda deyib ki, rəqib sıx müdafiə olunur, vaxt “öldürür”, oyunu pozur, tempi aşağısalır. Halbuki bunların hamısı futbolun elementləridir. Sıx müdafiəni yara bilməyən güclü heyətin günahı hamıdan çox baş məşqçidədir. Ancaq kim bilir ki, Berezutski göndərilsə, “Sabah” böyüyəcək. Problem burdadır – böyüməmək…

Elçin Cəlilov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:117
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Mart 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri