Icma.az
close
up
RU
Sabah buraxılış imtahanları çətin olacaq, asan? Ekspert CAVAB VERDİ

Sabah buraxılış imtahanları çətin olacaq, asan? Ekspert CAVAB VERDİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq ali məktəbə qəbul prosesinin ilk mərhələsi olan buraxılış imtahanlarına start verilir.

Martın 2-də 11-ci sinif şagirdərinin buraxılış imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) sabah Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Martın 2-də tədrisi ingilis dilində olan məktəblərin  şagirdləri də imtahan verəcəklər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.

Martın 2-də keçiriləcək imtahanda 57437 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.
Abituriyentlər builki imtahanlar barədə narahatdırlar. 2023-cü ildə sualların çox çətin, 2024-cü ildə isə çox asan olması qəbul imtahanlarına da öz təsirini göstərmişdi. Bəs bu il buraxılış imtahanlarından gözləntilər nələrdir?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Murad bildirib ki, bu il buraxılış imtahanlarında sualların çətinlik və asanlıq dərəcəsi orta səviyyədə olacaq:


“Cari ildə də maksimum nəticə göstərənlər olacaq, amma ötən ilki qədər olmayacaq. Ötən il suallar çox asan olduğu üçün 56 nəfər maksimum bal toplamışdı. Bu da ixtisas seçimində istər-istəməz müəyyən problemlərə səbəb olur. Abituriyentlər bəzən düşünür ki, suallar asan olsun, yaxşı nəticə əldə etsinlər. Bu yaxşıdır, amma bunun sonrası da var. Bu ixtisas seçimində bütün balların maksimum səviyyədə yüksəlməsinə səbəb olur. Onda da abituriyentlərin tələbə olmaq şansı azalır”.

Ekspertin sözlərinə görə, sualllar elə olmalıdır ki, həqiqətən də maksimum biliyi olan abituriyent yüksək nəticə əldə etsin:

“Orta biliyi olan abituriyent sual asan olduğuna görə gedib maksimum bal toplayaraq qəbul ballarının qalxmasına təsir göstərməməlidir. Bu balansı qorumaq lazımdır. Bəzən bunu deyəndə abituriyentlər tərəfindən inciklik yaranır, amma həqiqət budur. Suallar elə formada qoyulmalıdır ki, mövcud vəziyyəti sonrakı mərhələlərdə qoruyub saxlaya bilək. İxtisas seçimi edən bir ekspert olaraq mən bunu həmişə görürəm.
Məsələn, 2023-cü ildə suallar çox çətin salınmışdı. Abituriyentlər arasında təsadüfi hallarda 200 balı keçənlər oldu. Əksəriyyət 100-150 arasında bal topladı. Bu da 2023-2024-cü ilin qəbul planında balların kəskin şəkildə düşməsinə gətirib çıxardı. Balların bu qədər düşməsi qəbulolunmazdır. Bu ixtisas seçiminin mahiyyətini, ixtisasların da keyfiyyətini aşağı salır. Valideynlərin beynində sual yaranır ki, ixtisasın balı niyə birdən-birə bu qədər aşağı düşdü?
Sonrakı ildə isə tam əks vəziyyətlə qarşılaşdıq. 56 nəfər maksimum bal topladı, blok mərhələsi ilə birgə yüksək nəticə göstərənlər çox oldu. Bu da balların istər-istəməz qalxmasına səbəb oldu. Belə halda həm ixtisas seçimi edən müəllimlər, həm də abituriyentlər problemlə üzləşdi. Yəqin ki, bütün bu nüanslar DİM tərəfindən nəzərə alınıb. Ona görə də imtahanın çox çətin və ya çox asan olacağını düşünmürəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri