Icma.az
close
up
RU
I və IV qrupların qəbul imtahanları çətin olub EKSPERT

I və IV qrupların qəbul imtahanları çətin olub EKSPERT

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdi dünən başa çatıb. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən, nəticələrin 2 həftə sonra açıqlanması nəzərdə tutulub.

“III ixtisas qrupu üzrə sualların əvvəlki illərlə müqayisədə nisbətən asan olduğu müşahidə edilsə də, I və IV ixtisas qruplarında abituriyentlər müəyyən çətinliklərlə qarşılaşıblar”.

Bu sözləri təhsil eksperti Ramin Nurəliyev Modern.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu hal bir sıra amillərlə izah olunur:

“Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri bəzi abituriyentlər üçün gözlənilən olmayıb. Xüsusilə də blok imtahanında 100 bal həddini keçə bilməyənlərin sayının az olduğu diqqətçəkicidirr”. 

Ekspertin fikrincə, bəzi abituriyentlər ikinci cəhddə bu həddi keçəcəklərinə ümid etsələr də, nəticə istədikləri kimi olmayıb:

“Bu hal, şübhəsiz ki, ixtisas seçiminə də təsirsiz ötüşməyəcək. Ancaq vəziyyət subbakalavrlar üçün daha əlverişlidir. Müsabiqədən kənarlaşdırılan abituriyentlərin yerinə subbakalavrlar boş qalan plan yerlərinə seçim edə biləcəklər. Bu baxımdan nə qədər çox abituriyent kənarda qalarsa, subbakalavrların ali məktəbə qəbul şansı bir o qədər artır”.

R.Nurəliyev qeyd edib ki, 700 bal toplayan abituriyentlərin sayı buraxılış və blok imtahanlarının hər ikisində maksimum nəticə göstərənlərdən asılıdır:

“Buraxılış imtahanında 300 bal toplayan abituriyentlər arasında 700 bala yaxınlaşacaq namizədlər ola bilər. Ancaq görünən budur ki, bu say elə də, çox olmayacaq. Statistik rəqəmlər açıqlanmadan isə konkret fikir bildirmək çətindir”.

Təhsil eksperti həmçinin vurğulayıb ki, bəzi abituriyentlər buraxılış imtahanında yüksək nəticə göstərsələr də, blok imtahanında 100 balı keçə bilmirlər:

“Bu, imtahan suallarının çətinliyi və struktur fərqlərindən irəli gəlir. Məsələn, buraxılışda 170-180 bal toplayanlar blokda 100 balı keçə bilmir. Bu, imtahan sisteminə yenidən baxılması zərurətini ortaya qoyur”, - deyə o bildirib.


Təhsil ekspert Elçin Süleymanov isə söyləyib ki, bu il 700 bal toplayanların sayı ötən illərlə müqayisədə bir qədər çox ola bilər:
“Buraxılış mərhələsində 300 bal toplayan təxminən 40-45 abituriyent var. Onlardan bir neçəsinin ikinci mərhələdə də maksimum nəticə göstərməsi mümkündür. Amma burada əsas diqqət 700 bala deyil, ayrı-ayrı ixtisas qrupları üzrə ümumi nəticələrə yönəlməlidir”.

Təhsil eksperti əlavə edib ki, ilkin müşahidələr builki nəticələrin daha yüksək olduğunu, əsasən 600–650 bal toplayanların sayında artım olacağını göstərir. 

E.Süleymanov son olaraq onu da qeyd edib ki, plan yerlərində müəyyən artım olduğundan, digər bal aralıqlarında əvvəlki illərlə müqayisədə elə də ciddi fərq gözlənilmir.
 

Aytac Bəhruzqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri