“Sabah” çox təhlükəlidir "Borussiya"nın baş məşqçisi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Biz buraya qalib gəlmək üçün gəlmişik və sabah rəqiblə oyunumuz asan keçməyəcək.
Axar.az xəbər verir ki, bunu “Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis bildirib: “Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də məqsədimiz aydındır – üç xal qazanmaq və qrupdakı mövqeyimizi daha da gücləndirməkdir. Komandamız son oyunlarda yaxşı dinamika nümayiş etdirir.
“Sabah” təhlükəli və intizamlı rəqibdir, xüsusilə əks-hücumlarda çox təhlükəlidir, lakin biz öz oyun planımıza sadiq qalaraq qələbə qazanmaq niyyətindəyik. Biz son oyunlarda buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Sabah həm hücumda, həm də müdafiədə maksimum diqqətli olmalıyıq. Rəqib komandanın güclü tərəflərini təhlil etmişik və meydana yalnız qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Oktyabr 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















