Sabah dan iddialı gediş: Cənubi afrikalı müdafiəçi Bakıya gəlir
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubunun gənc müdafiəçisi Aden Makkarti karyerasını Azərbaycanda davam etdirəcək.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı perspektivli futbolçu artıq Azərbaycan Premyer Liqasının son çempionu "Sabah" klubu ilə ortaq məxrəcə gəlib.
Yayılan iddialara görə, gənc futbolçu Bakı təmsilçisi ilə üçillik rəsmi müqaviləyə razılaşıb. Tərəflər arasında imzalanacaq sözləşmədə əməkdaşlığın əlavə bir il müddətinə uzadılması variantı da xüsusi bənd kimi öz əksini tapıb.
Qeyd edək ki, gənc futbolçu universallığı ilə diqqət çəkir. O, komandasının həm sol cinahında, həm də mərkəz müdafiəçisi mövqeyində eyni dərəcədə inamlı oyun nümayiş etdirə bilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:109
Bu xəbər 02 İyun 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















