Cənubi afrikalı futbolçu “Sabah”a keçir
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubunun müdafiəçisi Aden Makkarti karyerasını Azərbaycanda davam etdirəcək.
"Unikal" xəbər verir ki, 21 yaşlı futbolçu Premyer Liqanın son çempionu “Sabah”la anlaşıb. Hətta onun Bakı klubu ilə üçillik müqavilə imzalamaq üçün yaxın günlərdə Azərbaycana gələcəyi iddia olunub. Sözləşmədə əməkdaşlığın daha bir il uzadılması variantı da nəzərdə tutulub.
Ötən mövsüm “Kayzer Çifs”in heyətində bütün turnirlərdə 2399 dəqiqə meydanda olan müdafiəçi həm sol cinahda, həm də mərkəz müdafiəçisi mövqeyində çıxış edə bilir.
Qeyd edək ki, Azərbaycan çempionu olan “Sabah” ölkə kubokunu da qazanaraq mövsümü “qızıl dubl”la başa vurub. Komanda yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 02 İyun 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















