Sabah güclü külək əsəcək SARI XƏBƏRDARLIQ
Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda fasilələrlə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundurwww.anews.az

Sabah güclü külək əsəcək SARI XƏBƏRDARLIQ
26 Noyabr 2024 16:14

