Icma.az
close
up
RU
SABAH! Həkimlər niyə latın dilini öyrənir və ya bu dil niyə ölü hesab edilir?

SABAH! Həkimlər niyə latın dilini öyrənir və ya bu dil niyə ölü hesab edilir?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Latın dilinin adı "lingua latina" kimi səslənir və bu dilin daşıyıcıları olan latınların adından gəlir. Latınlar indoevropa və ya italyan mənşəli tayfalar olub və eramızdan əvvəl X-IX əsrlərdə mərkəzi İtaliyanın Latsio bölgəsində yaşayıblar. Zaman keçdikcə dil bir neçə dəfə dəyişikliklərə uğrayıb.

Qaynarinfo xəbər verir ki, eramızdan əvvəl VI–III əsrlərdə latın dili artıq Roma Respublikasının rəsmi dili olub. Eramızdan əvvəl I əsrdən eramızın II əsrinə qədər dil daha da zənginləşib, onu "klassik latın" adlandırınlar. Filosoflar, ədiblər və alimlər əsərlərini bu dildə yazıblar.

Eramızın I–VI əsrlərində isə xalq arasında "vulqar latın" yayılmağa başlayıb. Bu dövrdə Roma İmperiyasının fəth etdiyi torpaqlarda insanlar həmin dildə danışıblar. Məhz bu formadan italyan, fransız, ispan, portuqal və rumın dilləri meydana gəlib.

Latın dilinin "ölməsi" Roma imperiyasının süqutu ilə bağlıdır. Dil gündəlik ünsiyyətdə tədricən yox olub. V əsrdən etibarən "orta əsr latını" Avropada elm, hüquq və kilsənin dili olaraq istifadə edilib. Xronikalar yazılıb, universitetlərdə dərslər keçirilib, tibbi terminlər işlədilib. Lakin insanlar artıq gündəlik həyatlarında latınca danışmayıb. Yeni dövlətlərin dilləri (fransızca, ingiliscə və s.) üstünlük qazanaraq latını arxa plana keçirib.

Alimlərin fikrincə, latın ən qədim italyan dillərindən biridir və yeganə dildir ki, ondan yeni dillər – roman dilləri – yaranlb. Digər italyan dilləri isə yox olub. Hazırda Vatikanın rəsmi dili latındır, həmçinin "Malt cəngavərləri ordeni" və Roma-katolik kilsəsi tərəfindən də işlədilir. Lakin artıq gündəlik danışıq dili kimi mövcud deyil, inkişaf etmir və yayıla bilmir. Buna görə də "ölü dil" adlanır.

Latın dilinin tibbdə qorunub saxlanmasının səbəbi Roma imperiyasının dövrünə bağlıdır. Məhz həmin zamanda tibb sürətlə inkişaf edib və bütün terminlər latınca yazılıb. Roma həkimi Sels tibbi terminologiyanın banisi sayılır və onun işlədiyi anlayışların əksəriyyəti bu günə qədər dəyişmədən gəlib çatıb.

Həkimlər, hansı ölkədə yaşamasından asılı olmayaraq, universitetdə latın öyrənməyə məcburdurlar. Çünki bədənin hissələrinin, diaqnozların, reseptlərin və elmi anlayışların adları müxtəlif dillərdə fərqli səslənə bilər, lakin latınca eynidir. Bu, tibb işçilərinə bütün dünyada bir-birini dəqiq başa düşməyə imkan verir və qarışıqlığın qarşısını alır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri