Sabah ı udan klubun prezidenti rusların Riyeraya təklif göndərdiyini açıqladı
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Sloveniyanın "Sele" klubunun prezidenti Valeri Kolotilo komandanın baş məşqçisi Albert Riyeranın "Spartak"a mümkün transferindən danışıb.
Fanat.Az xəbər verir ki, "Çempionat" klub funksionerinin dediklərini belə çatdırıb:
"Bu, kommersiya məsələsidir. Futbolçu və ya məşqçi başqa komandaya keçmək istəyəndə, ona üç-dörd qat yüksək maaş təklif olunanda onu saxlamaq çətindir. Albertə gəlincə, o özü də "Sele"ni tərk etmək istəmir. Komanda hazırda yaxşı formadadır və hər şey saat mexanizmi kimi işləyir. Bu, onlara uğur qazanmağa imkan verir və Albert getdikcə daha çox qazanmaq istəyir. Amma sabah öz imkanlarına görə “Spartak”ın da aid olduğu Avropa nəhəngləri gəlib yaxşı pul təklif etsələr, onu saxlamaq bizim üçün çətin olacaq”.
Qeyd edək ki, 43 yaşlı ispaniyalının rəhbərliyi altında "Sele" ötən mövsüm Sloveniya kubokunun qalibi olub. Sözügedən komanda bu yay UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi "Sabah"ı mübarizədən kənarlaşdırıb (2:3, 3:3-əlavə vaxtda).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















