AFFA prezidenti Sabah ı təbrik etdi
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf "Sabah" klubunu qələbə münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, R. Nəcəf bunu "X" sosial şəbəkə hesabında yazıb.
"Hörmətli "Sabah" klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular!
Sizi və çoxsaylı azarkeşlərinizi futbol üzrə Azərbaycan Kubokunun qalibi olmağınız münasibətilə AFFA adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm!", - o bildirib.
AFFA prezidenti "Zirə" ilə matçın gərgin keçdiyini xatırladıb:
"Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu turnirdə nümayiş etdirdiyiniz əzmkar oyun, peşəkarlıq və qələbə ruhu sizi layiqli zəfərə daşıdı. Final qarşılaşmasında göstərdiyiniz yüksək performans futbolsevərlərə yaddaqalan anlar yaşatdı.
Bu uğur təkcə meydandakı futbolçuların deyil, eyni zamanda klubda çalışan hər bir əməkdaşın və komandanı daim dəstəkləyən sadiq azarkeşlərin birgə əməyinin nəticəsidir.
İnanıram ki, Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək, yeni uğurlara imza atacaqsınız.
Bir daha hər birinizi bu inamlı qələbə münasibətilə təbrik edir, gələcək oyunlarda və turnirlərdə yeni nailiyyətlər arzulayıram!".
Qeyd edək ki, "Sabah" 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.
Baxış sayı:89
Bu xəbər 13 May 2026 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















