Icma.az
close
up
RU
Sabah ilin ilk Ay tutulması olacaq

Sabah ilin ilk Ay tutulması olacaq

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 3-də 2026-cı ilin ilk Ay tutulması olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. 

Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək. Tutulmanın makisumumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq. 

Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir. Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bilir. Günəş tutulmasından fərqli olaraq Ay tutulması Ayın üfüqdən yuxarıda olduğu hər yerdən müşahidə oluna bilər. 

“Qanlı Ay” kimi bilinən hadisə də məhz  tam Ay tutulması zamanı baş verir və Ayın rəngi qırmızı çalara boyanır. Bunun səbəbi tutulma zamanı Yer atmosferindən keçən Günəş şüalarının ancaq uzundalğalı hissəsinin Ayın səthinə çata bilməsidir ki, bu zaman qırmızı çalara bürünür. 

Qeyd edək ki, Ay tutulması 3 cür olur. Belə ki, Tam Ay tutulması zamanı Ay tamamilə Yerin tam kölgəsinə keçdikdə müşahidə olunur. Qismən Ay tutulması zamanı isə Ay Yerin kölgəsinə qismən keçir. Yarımkölgəli Ay tutulmasında isə  Ay ancaq Yerin yarımkölgəsinə daxil olduğu zaman baş verir. Bu zaman Ay bir az tündləşir ki, bu fərqi insan gözü ilə seçmək çətin olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Mart 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri