Icma.az
close
up
RU
Sabah ın futbolçusu: Neftçi ilə matçda hesab ədalətli idi MÜSAHİBƏ

Sabah ın futbolçusu: Neftçi ilə matçda hesab ədalətli idi MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sabah"ın futbolçusu Abdulla Xaybullayev Sportal.az saytına müsahibə verib.

- Son turda "Neftçi" ilə qarşılaşdınız. Komanda tam olaraq istədiklərini meydanda həyata keçirə bildi?

- Biz "Neftçi" ilə matça qələbə üçün çıxmışdıq. Amma təəssüf ki, qələbə qazanmaq alınmadı. Bu mənada, hansısa anlarda istədiyimiz kimi oynadığımızı deyə bilmərəm. Amma qalibiyyəti çox istəyirdik. Oyunun ümumi baxası olsaq, hesabın ədalətli olduğunu düşünmək mümkündür. Amma biz oyun ərzində az qol epizodu yaratmamışdıq. Hər halda, həmin epizodlardan istifadə etsəydik, qələbə qazanardıq. Lakin bunu reallaşdırmaq alınmadı.

- Maraqlıdır ki, sona 12 dəqiqə qalmış hesabı açdınız, psixoloji üstünlüyün sizə keçəcəyini düşünülən anda qol buraxdınız. Hesabdakı üstünlüyü bir dəqiqə saxlaya bilməməyiniz konsentrasiya ilə bağlıdır?

- Bilirsiz, çox asanlıqla qol buraxdıq. Bəlkə də, qol vurduqdan sonra konsentrasiyanı itirməyimiz də təsirsiz ötüşmədi. 

- Qış hazırlığını ölkə xaricində deyil, Bakıda keçdiniz. Bu məqam komandanın çıxışına təsir etdi və ya edəcək?

- Hazırlıq üçün zaman çox qısa idi. Ona görə də hansısa ölkəyə yollanmağın mənası olmadı. Üstəlik, bazamızda hazırlıq üçün hər bir şərait var. Elə orada çox yaxşı formada hazırlığı keçdik.

- Artıq əsas heyətdə oynayırsan. Vasili Berezutskinin etimadını qazanmısan? Rusiyalı mütəxəssislə iş prosesi necə gedir?

- Məşqçilər korpusunda çox yaxşı mütəxəssislər var. Onlar nə istədiklərini yaxşı bilirlər. Mən isə futbolçu olaraq, üzərimə düşəni etməyə, onların tapşırıqlarını reallaşdırmağa çalışıram. 

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Evdə qələbə qazana biləcəksiniz?

- Biz hər tur meydana qələbə üçün çıxırıq. Başqa cür mümkün də deyil. Artıq bu oyunun hazırlıqlarına başlamışıq. Təbii ki, "Sumqayıt"la görüşə də yaxşı hazırlaşacağıq. Bu görüşdə də qalibiyyət üçün oynayacağıq. 

- "Sabah"ın əsas heyətində tez-tez oynadığına görə, yəqin ki, Azərbaycan milli komandasının növbəti toplanışı üçün Fernandu Santuşdan dəvət gözləyəcəksən? Hər halda, Azərbaycanın U-21 yığmasında da oynamısan...

- Bəli, U-21 yığmasında oynamışam. Hər bir futbolçu A millidə oynamaq istəyərdi. Mən də bu futbolçulardan biriyəm. 

- Komanda turnir cədvəlində 5-ci pillədədir. Avrokuboklar uğrunda mübarizə də davam edir. Sanki bu mövsüm mübarizə daha çətindir?

- Fikrimcə, Azərbaycan Premyer Liqası ildən-ilə daha da güclənir, çətinləşir. Rəqabət də artır. Avrokuboklara vəsiqə qazana biləcəyimizə çox inanıram. Ən azından bunun üçün hər şeyi edəcəyik. Ümidvaram ki, sonda istədiyimizi əldə edəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Yanvar 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri