Icma.az
close
up
RU
Sabah ın futbolçusu: Neftçi ilə matçda hesab ədalətli idi MÜSAHİBƏ

Sabah ın futbolçusu: Neftçi ilə matçda hesab ədalətli idi MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Sabah"ın futbolçusu Abdulla Xaybullayev Sportal.az saytına müsahibə verib.

- Son turda "Neftçi" ilə qarşılaşdınız. Komanda tam olaraq istədiklərini meydanda həyata keçirə bildi?

Biz "Neftçi" ilə matça qələbə üçün çıxmışdıq. Amma təəssüf ki, qələbə qazanmaq alınmadı. Bu mənada, hansısa anlarda istədiyimiz kimi oynadığımızı deyə bilmərəm. Amma qalibiyyəti çox istəyirdik. Oyunun ümumi baxası olsaq, hesabın ədalətli olduğunu düşünmək mümkündür. Amma biz oyun ərzində az qol epizodu yaratmamışdıq. Hər halda, həmin epizodlardan istifadə etsəydik, qələbə qazanardıq. Lakin bunu reallaşdırmaq alınmadı.

- Maraqlıdır ki, sona 12 dəqiqə qalmış hesabı açdınız, psixoloji üstünlüyün sizə keçəcəyini düşünülən anda qol buraxdınız. Hesabdakı üstünlüyü bir dəqiqə saxlaya bilməməyiniz konsentrasiya ilə bağlıdır?

Bilirsiz, çox asanlıqla qol buraxdıq. Bəlkə də, qol vurduqdan sonra konsentrasiyanı itirməyimiz də təsirsiz ötüşmədi. 

- Qış hazırlığını ölkə xaricində deyil, Bakıda keçdiniz. Bu məqam komandanın çıxışına təsir etdi və ya edəcək?

Hazırlıq üçün zaman çox qısa idi. Ona görə də hansısa ölkəyə yollanmağın mənası olmadı. Üstəlik, bazamızda hazırlıq üçün hər bir şərait var. Elə orada çox yaxşı formada hazırlığı keçdik.

- Artıq əsas heyətdə oynayırsan. Vasili Berezutskinin etimadını qazanmısan? Rusiyalı mütəxəssislə iş prosesi necə gedir?

Məşqçilər korpusunda çox yaxşı mütəxəssislər var. Onlar nə istədiklərini yaxşı bilirlər. Mən isə futbolçu olaraq, üzərimə düşəni etməyə, onların tapşırıqlarını reallaşdırmağa çalışıram. 

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Evdə qələbə qazana biləcəksiniz?

Biz hər tur meydana qələbə üçün çıxırıq. Başqa cür mümkün də deyil. Artıq bu oyunun hazırlıqlarına başlamışıq. Təbii ki, "Sumqayıt"la görüşə də yaxşı hazırlaşacağıq. Bu görüşdə də qalibiyyət üçün oynayacağıq. 

- "Sabah"ın əsas heyətində tez-tez oynadığına görə, yəqin ki, Azərbaycan milli komandasının növbəti toplanışı üçün Fernandu Santuşdan dəvət gözləyəcəksən? Hər halda, Azərbaycanın U-21 yığmasında da oynamısan...

Bəli, U-21 yığmasında oynamışam. Hər bir futbolçu A millidə oynamaq istəyərdi. Mən də bu futbolçulardan biriyəm. 

- Komanda turnir cədvəlində 5-ci pillədədir. Avrokuboklar uğrunda mübarizə də davam edir. Sanki bu mövsüm mübarizə daha çətindir?

Fikrimcə, Azərbaycan Premyer Liqası ildən-ilə daha da güclənir, çətinləşir. Rəqabət də artır. Avrokuboklara vəsiqə qazana biləcəyimizə çox inanıram. Ən azından bunun üçün hər şeyi edəcəyik. Ümidvaram ki, sonda istədiyimizi əldə edəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Yanvar 2025 01:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri