Sabah ın prezidenti: Qarabağ bizi məcbur etdi ki...
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasında "Qarabağ" güclü çıxış etməsəydi, "Sabah" asanlıqla çempion ola bilərdi, lakin böyük inkişaf baş verməzdi.
Sportal.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Sabah"ıın prezidenti Maqsud Adıgözəlov deyib.
Klub prezidenti komandasının Azərbaycan Premyer Liqası tarixindəki ilk çempionluğundan danışıb:
"Biz çempion olacağımızı hər il gözləyirdik. Şükürlər olsun ki, bu ilə qismət oldu.
Hansı sahədəyiksə, daim zirvədə olmaq istəmişik. Sadəcə, uğur qazanmağın vaxtı var.
Birdən-birə zirvəyə qalxmaq mümkün deyil. Premyer Liqada iştirak etdiyimiz 8 ildə addım-addım zirvəyə yaxınlaşırdıq.
Düşünürəm ki, qarşımızda bu cür güclü "Qarabağ" olmasaydı, klub olaraq gec inkişaf edərdik. Əsas rəqibimiz hər zaman fantastik nəticələrə imza atan "Qarabağ" olub.
Çalışırdıq ki, onları arxada qoyaq və nəhayət, bu il alındı. Çempionatda güclü "Qarabağ" olmasaydı, bəlkə çempionluğu asanlıqla qazanardıq, amma bu qədər inkişaf olmazdı".
O, cari mövsüm avrokuboklarda uğurla çıxış etmək istədiklərini bildirib:
"Özümüz üçün ən yaxşı olanını istəyirik. Əlbəttə, istəyərik ki, Çempionlar Liqasının əsas mərhələsinə düşək.
Amma burada amillər çoxdur. Baxmalıyıq ki, rəqiblərimiz kim olacaq. Uğur qazanan komandadan gözləntilər çox olur. Çalışacağıq ki, azarkeşlərimizin gözləntilərini qarşılayaq".
M.Adıgözəlov Azərbaycan Kubokunun "Zirə" ilə final oyunu barədə də fikirlərini bölüşüb:
"Bu mövsüm qızıl dubl edib-etməyəcəyimizi heç kim bilmir. Təbii ki, bunu bacarmağı çox istəyirik.
Əlimizdən gələni edəcəyik, vuruşacağıq. "Zirə" də çox yaxşı komandadır. Əminəm ki, meydanda maraqlı futbola şahidlik edəcəyik".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 08 May 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















