Icma.az
close
up
RU
Sabah ın yeni qolkiperi: Sağlam rəqabət heç vaxt heç kimə zərər verməyib

Sabah ın yeni qolkiperi: Sağlam rəqabət heç vaxt heç kimə zərər verməyib

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" klubunun yeni qapıçısı, Qazaxıstan millisinin futbolçusu Stas Pokatilov ölkəsinin "Sport+" telekanına müsahibə verib. Sport24.az qol.az-a xəbər verir ki, o, yeni klubuna keçidi və digər mövzularla bağlı sualları cavablandırıb.

- Stas, öncə "Sabah"a keçidindən danış. Klubla bağlı variant necə yarandı?

- Deyə bilərəm ki, bütün dekabrı və yanvarın əvvəlini danışıqlara sərf etmişəm. Əvvəlcə "Aktobe" ilə danışıqlar aparılsa da, baş məşqçi başqa qapıçıya üstünlük verdiyi üçün alınmadı. Sonra "Sabah"ın rəhbərliyi mənimlə əlaqə saxladı və mən onlarla danışıqlara başladım. Təxminən bir həftə ərzində ümumi razılığa gəldik və əməkdaşlığa başladıq.

- Əvvəllər Türkiyə və Litva çempionatlarının klublarının sizə maraq göstərməsi ilə bağlı xəbərlər yayılmışdı. Niyə Azərbaycanı seçdiniz?

- Düzünü desəm, belə marağın olduğunu ilk dəfə sizdən eşidirəm.

- "Sabah"ın baş məşqçisi Vasili Berezutskidir. Onun şəxsiyyətini keçiddə əsas amil adlandırmaq olarmı?

- Bəli, əlbəttə ki, Vasili Berezutski iddialı və perspektivli məşqçidir və hər halda onunla işləməkdə maraqlı olacağam. Amma yəqin ki, transferimdə əsas amil qapıçılar üzrə məşqçi Aleksey Antonyukdur. Mənə məhz onunla işləməkdə maraqlı olacaq. Çünki bir qapıçı kimi onunla daha çox ünsiyyət quracağam. Aleksey Valeriyeviçlə mən Bakıya gəlməzdən əvvəl əlaqə saxladıq. Onun birgə işimizə və gələcək planlarımıza baxışı çox xoşuma gəldi.

- Mətbuat yazır ki, "Sabah" sizi icarəyə götürüb. Belə çıxır ki, "Tobol"la aktiv müqaviləniz var?

- Xeyr, "Tobol"la müqaviləm bitib və "Sabah"a azad agent kimi keçmişəm.

– Qışda "Kayrat"ın sizi geri qaytarmaq istədiyi barədə məlumat var idi. Almatı klubu ilə danışıqlar olubmu?

- Heç kim mənimlə əlaqə saxlamayıb, zəng etməyib. Mən "Kayrat"la danışıqlar aparmamışam.

- Yeni klubunuzun bu mövsüm hədəfləri nədən ibarətdir?

- Mən bu barədə hələ heç kimlə danışmamışam. Çünki kluba bir neçə gündür qoşulmuşam.  Amma eşitdiyimə görə, onların məqsədləri avrokuboklarda oynamağa imkan verən yeri tutmaq və Azərbaycan kubokunu qazanmaqdır.

– Sizcə, transferiniz milli komandada 1 nömrə olmaq perspektivinizə hansısa şəkildə təsir edəcək?

- Təbii ki, çox şey mənim oyunumdan və hansı formada olmağımdan asılı olacaq. Gələcəkdə, əlbəttə ki, bu, Stanislav Salamoviç Çerçesovun rəhbərlik etdiyi məşqçilər korpusunun qərarı ilə müəyyənləşəcək. Qeyd edim ki, millidə heç kimə start heyətdə yer zəmanəti verilmir. Hər halda, məşqçilər korpusu milliyə kömək etməyə hazır olduğumu hesab etsə, şad olaram.

- Klubda əsas heyətdə üçün əsas rəqibiniz Azərbaycan millisinin qapıçısı Yusif İmanovdur. Kluba yeni qoşulduğunuzu nəzərə alsaq, onunla rəqabət aparmaq şansınızı necə dəyərləndirirsiniz?

- Sağlam rəqabət heç vaxt heç kimə zərər verməyib. Şanslarımı qiymətləndirmək düzgün olmaz. Meydanda tam gücünü nümayiş etdirəcəyəm ki, əsas heyətdə oynamağa layiqəm. Amma bayaq qeyd etdiyim kimi, son qərarı məşqçilər korpusu verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see237

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see203

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see198

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see167

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see166

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see129

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see126

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri