Icma.az
close
up
RU
Sağlam rəqabət bolluq və keyfiyyət amilidir

Sağlam rəqabət bolluq və keyfiyyət amilidir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçən ilin dekabr ayında Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Bu il yanvarın 23-də isə Prezident İlham Əliyev Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunu təsdiqləyib.

Ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm önəm daşıyan bu sənəd ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsinə əlverişli imkan yaradıb. Bununla yanaşı, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını özündə ehtiva edən Rəqabət Məcəlləsi ölkədə azad sahibkarlığın inkişafını, iqtisadiyyatda inhisarçılığın tamamilə aradan qaldırılması və süni maneələrin götürülməsini sürətləndirib.    

Cari ilin yanvar–oktyabr aylarında ölkəmizdə Rəqabət Məcəlləsinin tətbiqi ilə bazar subyektlərinin maneəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, liberal bazar münasibətlərinin inkişafının dəstəklənməsi, o cümlədən ölkədə rəqabət siyasətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu barədə XQ-yə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində cari ilin 11 ayı ərzində Rəqabət Məcəlləsi əsasında rəqabət problemlərinə dair səmərəli tənzimləmə mexanizmlərinin tətbiqi, bazarlarda rəqabətli mühitin təmin edilməsi ilə azad sahibkarlığın təşviqi və iqtisadi səmərəliliyin artırılmasına yönələn bir sıra tədbirlər həyata keçirilib. Bu barədə XQ-yə adıçəkilən dövlət xidmətindən məlumat verilib. 

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən hazırlanmış məlumatında bildirilir ki, bu müddətdə rəqabət intizamının qorunması və inhisarçı davranışlarla mübarizə istiqamətində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə, ümumilikdə, 153 müraciətə baxılıb, onlardan 89-u təmin olunub. Baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyədək artım müşahidə edilib. 

Bundan əlavə, hesabat dövründə iqtisadi təmərküzləşmə əməliyyatları üzrə  72 müraciətə (2023-cü ilin yanvar–noyabr ayları ilə müqayisədə 3 dəfəyədək artım)  baxılıb. Baxılmış müraciətlərdən 40-ı təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı isə 52 olub və onlardan 32-si təmin edilib.

Ötən dövrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışan, bununla da rəqiblərinə zərər vura bilən bazar subyektlərinin hərəkətlərinin qarşısının alınması istiqamətində tənzimləyici tədbirlər həyata keçirilib.

11 ay ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış müraciətlər üzrə ötən illə müqayisədə 29,4 faiz artım qeydə alınıb. Belə ki, baxılmış 110 müraciətin 59-u təmin olunub. Keçən ilin analoji dövrü ilə müqayisədə təminolunma səviyyəsində 44 faiz artım müşahidə edilib. Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində, ümumilikdə, 29 bazar subyekti tərəfindən reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyənləşdirilib. Aşkarlanan pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.

Bu  dövrdə adı çəkilən dövlət xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 149 müraciətə baxılıb, 106 qanunamüvafiq izahat verilib, 26 müraciət gerçəkləşdirilib. Digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri üzrə dövlət xidmətinə daxil olmuş müraciətlər zamanı görülən tədbirlər nəticəsində 26 bazar subyekti tərəfindən neqativ hallar könüllü aradan qaldırılıb. 

Cari ilin yanvar–noyabr aylarında müştərilər və biznes subyektlərinin qanuni mənafelərinə mənfi təsir göstərə bilən davranışlarının qarşısının alınması və aradan qaldırılması, şəffaf və rəqabətə əsaslanan münasibətlərin gücləndirilməsi istiqamətində təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirlərinin görülməsi də diqqətdə saxlanılıb.  

Analoji dövrdə təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış müraciətlər üzrə 36,5 faiz artım qeydə alınıb. Belə ki, baxılmış 1275 müraciətin 354-ü təmin olunub. 2023-cü ilin yanvar–noyabr ayları ilə müqayisədə təmin olunan müraciətlərin sayı 63,1faiz artıb. Bundan əlavə, sözügedən sahə üzrə 615 qanunamüvafiq izahat və tövsiyə verilib, 42-si baxılması üçün aidiyyəti orqana göndərilib, 126 halda rəy və təklif verilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 2 halda zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya  “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:296
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri