“Sabah” “Kəpəz” üzərində minimal hesablı qələbə qazanıb
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasında XXI turun daha bir qarşılaşması baş tutub.
Yeniavaz.com xəbər verir ki, turun ikinci oyununda “Sabah” doğma meydanda “Kəpəz” ilə üz-üzə gəlib. Bank Respublika Arenada keçirilən görüş paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Matçın taleyini 88-ci dəqiqədə fərqlənən Kahim Parris həll edib. Bu nəticədən sonra xallarını 52-yə yüksəldən Bakı klubu turnir cədvəlinin zirvəsində mövqeyini möhkəmləndirib. 13 xala malik Gəncə komandası isə 11-ci pillədə qərarlaşıb.
Turun digər oyunlarında “Şamaxı” ilə “İmişli” arasında qalib müəyyənləşməyib – 0:0. Bundan əvvəlki matçlarda “Turan Tovuz” “Zirə”ni, “Araz-Naxçıvan” isə “Karvan-Yevlaxı” 2:0 hesabı ilə məğlub edib.
“Sumqayıt” – “Qəbələ” görüşündə qol qeydə alınmayıb. Tur çərçivəsində keçirilməli olan “Neftçi” – “Qarabağ” oyunu isə qeyri-müəyyən vaxta təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:Sabah minimal hesablı qələbə qazanıb
30 Noyabr 2024 02:49
“Qarabağ” “Turan Tovuz” üzərində minimal hesablı qələbə qazanıb
01 Fevral 2026 20:37
“Sabah” “Araz Naxçıvan” üzərində 4:1 hesablı qələbə qazanıb
08 Fevral 2026 22:13
DÇ 2026: Şotlandiya Haiti üzərində minimal hesablı qələbə qazanıb
14 İyun 2026 09:24
Premyer Liqa: Neftçi Kəpəz üzərində qələbə qazanıb
15 Dekabr 2024 20:26
Baxış sayı:124
Bu xəbər 22 Fevral 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















