“Sabah” “Araz Naxçıvan” üzərində 4:1 hesablı qələbə qazanıb
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına start verilib.
Yeniavaz.com xəbər verir ki, turun açılış qarşılaşmasında “Sabah” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Bank Respublika Arena”da keçirilən görüş Bakı təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Paytaxt klubunun heyətində Umarali Raxmonaliyev (9, penalti), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) fərqləniblər. Qonaq komandanın yeganə qolunu isə Felipe Santos 86-cı dəqiqədə vurub.
Bu nəticədən sonra xallarının sayını 46-ya yüksəldən “Sabah” turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 27 xala sahib olan “Araz-Naxçıvan” isə altıncı pillədə qərarlaşıb.
XIX turun günün son qarşılaşması Sumqayıtda baş tutacaq. Yerli komanda “Zirə”ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.
Qeyd edək ki, turun son oyunları fevralın 10-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:“Neftçi” “Araz Naxçıvan” üzərində inamlı qələbə qazanıb
01 Fevral 2026 18:19
Premyer Liqa: Zirə Araz Naxçıvan üzərində qələbə qazanıb
18 Yanvar 2025 17:55
“Sabah” “Kəpəz” üzərində minimal hesablı qələbə qazanıb
22 Fevral 2026 19:26
Yensen: Araz Naxçıvan üzərində qələbə qazanmaq istəyirik
23 İyul 2025 17:26
Araz Naxçıvan və Sabah dan qələbə
24 Avqust 2025 21:25
Baxış sayı:126
Bu xəbər 08 Fevral 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















