Sabah legionerinin qarşısına şərt qoydu
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sabah" klubu futbolçusu İqor Noqeyra ilə yollarını ayıra bilər. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi braziliyalı müdafiəçi ilə bağlı yekun qərarını verməyib.
30 yaşlı futbolçunun müqaviləsinin müddəti başa çatıb və tərəflər arasında yeni sözləşmə üzrə danışıqlar aparılır. Klub rəhbərliyi Noqeyraya əvvəlkindən aşağı maaşla yeni müqavilə təklif edib.
Mənbənin bildirdiyinə əsasən, oyunçu bu şərtləri qəbul edərsə, "Sabah"da qalacaq. Əks halda, tərəflər arasında yolların ayrılması gündəmdədir.
Qeyd edək ki, İqor Noqeyra 2024-cü ildən "Sabah"ın formasını geyinir və komandanın müdafiə xəttində mühüm fiqurlardan biri olub.
Bu mövzuda digər xəbərlər:“Neftçi” Ozobiçin qarşısına şərt qoydu
08 İyun 2025 23:33
İnter Çalhanoğlunun qarşısına şərt qoydu
11 İyul 2025 03:54
Niko Barselona nın qarşısına şərt qoydu
20 Mart 2025 22:53
Karlo Ançelotti Neymarın qarşısına şərt qoydu
17 Fevral 2026 08:16
Barselona Robert Levandovskinin qarşısına şərt qoydu
29 Mart 2026 12:40
Baxış sayı:104
Bu xəbər 13 İyun 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















