“Sabah“ qələbə qazandı, Azərbaycanın qazancı artdı
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA ötən gün Çempionlar Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.
Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
Buna "Sabah"ın ÇL-in 2-ci təsnifat mərhələsinin cavab oyununda Finlandiya "KuPS"unu səfərdə yenməsi (2:0) şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib.
Nəticədə cari mövsümdə qazanılan əmsal 2.125-ə yüksəlib. Bunun 1.000 əmsalı "Sabah"ın, 0.625-i "Qarabağ"ın, 0.500-ü isə "Zirə"nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 20.687-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Bununla belə, ən yaxın izləyicimiz Skovakiya ilə fərq artıb. "Spartak Trnava"nın mübarizəni dayandırması nəticəsində slovakiyalıların xal ehtiyatı 19,500-ə bərabər olub. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsraili isə 21,500 xalı var.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir. (fanat.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 İyul 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















