Icma.az
close
up
RU
Sabah stabil oyun sərgiləmir, Murad Musayevin vaxtındakı tamam başqa komanda idi MÜSAHİBƏ

Sabah stabil oyun sərgiləmir, Murad Musayevin vaxtındakı tamam başqa komanda idi MÜSAHİBƏ

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Sabah"ın sabiq kapitanı Kərim Diniyev Sportal.az saytına müsahibə verib.

- "Sabah"dan bu mövsüm gözləntilər yüksəkdir. Artıq 6 tur geridə qalıb. Sabiq komandanın bu mövsümkü çıxışını necə dəyərləndirirsən?

Çempionat hələ yeni başlayıb və nəsə demək düzgün olmazdı. "Sabah" 5 oyun keçirib və yalnız 1 məğlubiyyəti var. Amma o məğlubiyyət də, “İmişli” ilə görüşdə gözlənilməz oldu. “Şamaxı” və “Turan Tovuz”a qalib gəliblərsə, “Neftçi” ilə heç-heçə də komandanın müsbət mənada aktivinə yazmaq olar. Yalnız “İmişli” məğlubiyyəti həm oyun, həm də nəticə baxımından gözləmilməz idi. Futbolda da belə şeylər olur da.

- Valdas Dambrauskasın "Sabah"dakı işini necə dəyərləndirirsən? Səncə, litvalı mütəxəssis bu komandada öz oyun sistemini qura bilib və ondan uğurlu nəticə gözləmək olar?

Şəxsi fikrim belədir ki, “Sabah” stabil oyun sərgiləmir. “Turan Tovuz” üzərində inamlı qələbə zamanı tamam başqa “Sabah” var idi. “İmişli”yə uduzan isə tamam fərqli “Sabah” idi. Uğurlu olub-olmayacağını zaman göstərəcək. Hər halda, klub rəhbərliyi bunu daha yaxşı bilər.

- Ancaq Murad Musayevin vaxtında "Sabah" o qədər effektiv oynayırdı ki, sanki o “planka”nı aşa bilən məşqçi yoxdur. Razısan ki, "Sabah" ən yaxşı oyununu məhz Musayevin rəhbərliyi altında göstərirdi?

Tamamilə razıyam. Yəqin hər kəs belə düşünür ki, Murad Musayevin vaxtındakı “Sabah” tamam başqa komanda idi. Son illərdə “Qarabağ”ın səviyyəsinə və “Qarabağ”la başabaş mübarizə aparan 2 komanda olubsa, onlardan biri Murad Musayevin vaxtındakı “Sabah” idi.

- Bu mövsümkü "Sabah" "Qarabağ"la çempionluq mübarizəsi apara biləcək?

Çətin görünür. Çünki “Qarabağ” haqda nəsə artıq şərhə ehtiyac yoxdur. Həqiqətən də, “Qarabağ” Azərbaycanın qürurudur. “Sabah”ın çempionluq mübarizəsinə qoşulması real görünmür. Amma avrokuboklar üçün mübarizə aparacaqları dəqiqdir. 

- "Sabah"da daha çox hansı mövqenin gücləndirilməsinə ehtiyac var?

Bunu baş məşqçi və klub rəhbərliyi daha yaxşı bilər. Onlar işin içindədirlər. Hər mövqedə yaxşı oyunçuları var. Yəqin ki, onlar ehtiyac yaranarsa, qış fasiləsində güclənməyi məqbul bilsələr, transferlər edərlər.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sportal.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri