Icma.az
close
up
RU
Sabahı Murad Musayevin sayəsində tanıyıram

Sabahı Murad Musayevin sayəsində tanıyıram

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sabah"ın yeni baş məşqçisi Vasili Berezutski klubun mətbuat xidmətinə açıqlama verib.
“Football-plus.az” xəbər verir ki, o, əvvəlcə yeni təyinatı və klub haqda danışıb:

"Sabah"ın baş məşqçisi olmaqdan qürur duyuram. Bu, mənim üçün əla fürsətdi. Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və çox həyəcanlı keçəcək".


Mütəxəssis "Təklif almamışdan öncə "Sabah" barədə nə bilirdiniz?" sualıa belə cavab verib:

"Murad Musayev uzun müddət "Sabah"ın baş məşqçisi olduğu üçün bu klubu onun sayəsində tanıyıram. Muradla münasibətim çox yaxşıdır, biz birlikdə oxumuşuq. O, "Sabah"da işləməyə başladıqdan sonra komandanın oyunlarını izləyirdim. Xaricdə çalışan rusiyalı məşqçilərin sayı o qədərdə çox deyil. Buna görə Rusiyadan hər hansı məşqçi ölkə xaricinə köçəndə, orada çalışanda, buna xüsusi diqqət yetirirsən. Birincisi Murad Musayevlə diqqətimi çəksə də, sonradan "Sabah" bir klub kimi mənə maraqlı gəldi. Bu cür gənc insanların çox maraqlı, müasir yanaşması var. Nümunə kimi kafe və "Sabah"ın fan-şopunun bir yerdə olmasını göstərə bilərəm".


V. Berezutski məşqçi işində vacib olan amilləri də qeyd edib:

"Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu bilmək. Bundan əlavə, məsələn, Bakıda olmağını hiss edəndə olan bir növ rahatlıq. Bakıda olanda özümü rahat hiss edirəm, bura xoşuma gəlir və ən əsası da budur. Bu müddət ərzində tanış olduğum "Sabah"da çalışan insanlar isə sadəcə heyrətamizdi. Ona görə də məşqçi işində, yəqin ki, ən vacib şey budu. Qalan hər şey tədricən gələcək. Bunlar bizim bacarıqlarımızdır, futbolçu kimi sahib olduğum təcrübəm hansı ki, kifayət qədər çoxdu. Bir məşqçi kimi də sahib olduğum, həyata keçirməyə və paylaşmağa çalışacağım keyfiyyətlərimizdir. Bunun müqabilində futbolçulardan qarşılıq alacağıma ümid edirəm".


O, Bakı şəhərindən də söz açıb:


"Bu ilk təəssürat olsun, çünki sonuncu dəfə Bakıda təxminən 12 il əvvəl olmuşam. Bu 12 ildə hər şey inanılmaz dərəcədə dəyişib. Şəhər sadəcə olaraq gözəlləşib. Dünəm axşam saatlarında biz Bakını gəzəndə, sahil boyu, sadəcə olaraq, fantastik görünürdü".


Mütəxəssis "Sabah"ın azarkeşlərindən gözləntilərindən danışıb:

"Dəstək, dəstək və yenə də dəstək. Biz də öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, onlar futbola gəlməkdən həzz alsınlar. Bu ən vacib şeydi. Aydındı ki, hər zaman qalib gəlmək mümkün deyil, amma onlar futbolu emosiyalarla, yenidən bura gəlmək istəyi ilə tərk etməlidilər".


V. Berezutski karyerası ərzində ən çox təsir edən məşqçiləri də qeyd edib:

"Hər halda, yəqin ki, Slutskidi. Qonçarenkonu da bura əlavə edərdim. Çünki mənim məşqçilik karyeram bu iki şəxslə bağlı olub. Amma, əlbəttə ki, Slutskinin təsiri hamıdan çox olub".


Qeyd edək ki, Vasili Berezutski ötən gün “Sabah"ın baş məşqçisi təyin olunub. Onunla 2,5 illik müqavilə imzalanıb. Komanda hazırda Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci yerdədi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Noyabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri