Icma.az
close
up
RU
SABAH tələbəməzun forumu və karyera sərgisi keçirilir Fotolar

SABAH tələbəməzun forumu və karyera sərgisi keçirilir Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisinin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qlobal meyllər təhsil sistemində yeni çağırışları formalaşdırdığından yeni məzmunlu, müəyyən ixtisaslar üzrə daha davamlı və əmək bazarının tələblərinə cavab verən təhsil proqramları ortaya qoyulmalıdır. Əmək bazarı ilə təhsil arasında daha interaktiv əlaqənin qurulmasının önəmini vurğulayan nazir müavini təhsil proqramlarının iş dünyasının tələblərinə uyğunlaşdırılmalı olduğunu qeyd edib.

Ardınca “SABAH-ın Məzunu” adlı video təqdim edilib. Videotəqdimatdan sonra Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli SABAH məzunlarının məşğulluq göstəriciləri barədə tədbir iştirakçılarına məlumat verib. 

Çıxışlardan sonra SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı olub. Tədbir çərçivəsində SABAH tələbələri arasında 23-24 noyabr tarixlərində ekoloji maarifləndirmə mövzusunda təşkil edilən "Secure Tomorrow” hakatonunun qalibləri də mükafatlandırılıb. 

Forumun ilk günündə "SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi" mövzusunda panel sessiyası təşkil edilib. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin moderatorluğu ilə aparılan panel sessiyasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, millət vəkili Şahin Seyidzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış ediblər.

Ardınca “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-Sənaye əməkdaşlığı” mövzusunda panel sessiyası da təşkil edilib. SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədovanın moderatorluğu ilə aparılan paneldə "CATALYSADE Technology Transfer and Innovation Inc" şirkətinin təsisçisi Sanem Yalçıntaş, Türkiyə-Azərbaycan Universitetinin rektor köməkçisi Mehmet Şimşer, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov spiker qismində çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar. İlk günün yekununda SABAH məzunlarının “Uzaqları yaxın edən SABAH!” mövzusunda panel sessiyası baş tutub.

Qeyd edək ki, forumun təşkilində məqsəd "SABAH qrupları" layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.

İki gün davam edəcək forumda SABAH qrupları və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 50-dən çox şirkətin iştirak etdiyi karyera sərgisi də təşkil olunub.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri