Sabah Yer tarixində ən qısa gün olacaq Alimlər həyəcan təbili ÇALIR...
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Son illərdə Yer əvvəlkindən bir qədər sürətlə fırlanmağa başlayıb.
Bakupost.az xəbər verir ki, 2024-cü ilin 5 iyulunda gün 1,66 millisaniyə daha qısa olub və bu, indiyə qədər qeydə alınmış rekorddur.
Mütəxəssislər hesab edirlər ki, 2025-ci ildə Ayın ekvatora nisbətdə mövqeyi Yerin fırlanmasına təsir göstərərək iyul-avqust aylarında “qısalmış günlər”ə səbəb olacaq. Əsas sirr isə Yerin ümumilikdə niyə sürətlə fırlanmasıdır.
Ən geniş yayılmış fərziyyəyə görə, planetin maye nüvəsinin ləngiməsi onun mantiyasını daha sürətli hərəkətə məcbur edir.
Əgər bu proses davam edərsə, 2029-cu ilə qədər tarixdə ilk dəfə “mənfi saniyə”nin tətbiqi lazım ola bilər. Bu isə dəqiq vaxtdan asılı olan dünya sistemləri üçün çətinliklər yaradacaq.
Eyni zamanda, 5 avqust səhəri Günəşdə M sinifli güclü alışma qeydə alınıb. Alovlanma 26 dəqiqə davam edib və bu, ayın əvvəlindən bəri dördüncü partlayışdır.
Ayxan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 Avqust 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















